Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29170
az

İnsan bu 5 xüsusiyyətə malik olsa, şeytanın onunla işi olmaz

23:3719 Aprel, 2020
661
CƏMİYYƏT
  • A

Şeytanın (lən) işi zəhəri insanın daxilinə yeritməkdir. Əgər kimsə bir başqasını zəhərləmək istəyirsə, əgər həmin zəhəri qarşı tərəfin cibinə qoysa zəhər ona təsir etməz. Əgər ona yedizdirib, sonra başıaşağı halda saxlasa, yenə təsiri olmaz. Çünki zəhər bədəninə daxil olmaz ki, ona ziyan vursun. Zəhər o zaman təsirli olar ki, insanın daxilinə nüfuz etsin və onun bütün əzalarını zəhərləsin.

Şeytanın (lən) vəsvəsəsi də zəhər kimidir. Hava, həvəs, şəhvət... bunların hamısı zəhərin təsirləridir ki, cavanlarda yüngül, qocalarda isə daha ağır şəkildə özünü göstərər. Çünki onların cah-cəlala olan tamahları daha böyük olar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, əgər kiminsə yaltaqlıqdan xoşu gəlirsə, bu, həmin zəhərin təsirindəndir. İmam Əli (ə) Malik Əştərə yazır: "Nə zaman kimsə səni tərifləsə, gərək ehtiyatlı olasan. Çünki başlanğıc xətdə şeytanın atəşi qərar tutmuşdur".

Allah Təala buyurur ki, şeytan sizin düşməninizdir və siz gərək onu düşmən kimi qəbul edəsiniz. Bu düşmən sizi yolundan azdırmaqdan əl çəkməyəcəkdir. Çünki buna and içmişdir. Sizi şeytandan qoruya biləcək libas vardır ki, adı təqvadır. Təqva başqa libaslardan fərqlənir və bu libas insanı nəinki istidən və soyuqdan qoruyur, bəlkə əsil hədəfi - düşmən olan şeytandan qorumaqdır.

""Ey Adəm övladları, şübhəsiz sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq və sizə onu əldə etmək istedadını verdik). Əlbəttə təqva libası daha yaxşıdır". Bunlar Allahın (insanlar üçün olan) ayə və nişanələrindəndir, bəlkə öyüd-nəsihət aldılar". ("Əraf" 26).

Beləliklə deyə bilərik ki, şeytan insanın qədim düşmənidir və bu düşmən - güclü düşməndir. Ancaq Allah bizi onun qarşısında çarəsiz buraxmamışdır. Bizə onu tanıtmış və buyurmuşdur ki, əgər şeytanın zəhərindən qorunmaq istəyirsənsə, gərək təqva libasını geyinəsən. Ancaq bu zaman şeytanın şərindən amanda ola bilərsən. Ancaq bu zaman mən səni şeytanın əlindən qoruya bilərəm.

İmam Sadiq (ə) buyurur: "Əgər kimsə bu 5 sifətə malik olsa, şeytanın onunla işi olmaz və onu doğru yoldan azdıra bilməz:

- sadiq niyyət,

- çoxlu təsbih etmək,

- müsibətə səbir etmək,

- İlahi təqdirə razı olmaq,

- özün üçün bəyəndiyini insanlar üçün də bəyənəsən".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB
Ət yenə bahalaşacaq? - AÇIQLAMA / VİDEO
Soğanda gizli təhlükə: yeyərkən edilən bu səhv zəhərlənməyə səbəb olur

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı