Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2882
az

Bu müəllimlər işdən çıxarılacaq-

12:3013 İyun, 2018
2484
CƏMİYYƏT
  • A
Azərbaycanda təkrarən sertifikasiyadan keçməyən müəllimlərlə bağlanan əmək müqaviləsi işəgötürən tərəfindən ləğv ediləcək.

oxu24.com  xəbər verir ki, bu, Milli Məclis tərəfindən yeni qəbul edilmiş "Əmək Məcəlləsi"nə dəyişikliklərin edilməsi barədə qanunda öz əksini tapıb.

Qanuna edilən yeni dəyişikliklərə əsasən, sertifikasiyadan "Təhsil haqqında" qanuna uyğun olaraq, təkrarən keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə müvafiq olaraq, işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər.

Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərarın qəbul edilməsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsası sayılır.

Bu bənddə "səlahiyyətli orqan" dedikdə təhsilverənlərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı başa düşülməlidir.

Qeyd edək ki, Əmək Məcəlləsinə və "Təhsil haqqında" qanuna edilən yeni dəyişikliklərə əsasən, dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər sertifikasiyaya cəlb ediləcəklər. Təhsilverənlər 5 ildə 1 dəfə sertifikasiyaya cəlb ediləcəklər. Hamilə qadınlar, uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, uşağını təkbaşına böyüdən kişilər, ilk dəfə işə qəbul olunanlar (5 il müddətində), azı 3 dəfə sertifikasiyadan keçmiş şəxslər sertifikasiya olunmayacaqlar.

"Təhsil haqqında" qanuna edilən yeni dəyişikliklərə əsasən, üzrlü səbəbdən sertifikasiyada iştirak etməyən və ya sertifikasiyadan keçməyən şəxslər bir il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikasiyada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikasiyada iştirak etməyən şəxslər sertifikasiyadan keçməmiş hesab olunurlar.

Təhsil naziri Ceyhun Bayramov bildirib ki, müəllimlərin sertifikasiyası ilə bağlı xüsusi qaydalar hazırlanacaq. Qaydalarda bütün prosedurlar öz əksini tapacaq.

Xatırladaq ki, Əmək Məcəlləsinə və "Təhsil haqqında" qanuna edilən yeni dəyişikliklər artıq Milli Məclis tərəfindən qəbul edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı