Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28440
az

Günün qoroskopu: gün ailə üzvləri və yaxın dostlarla ünsiyyət üçün münasibdir10 Aprel 2020 

00:0310 Aprel, 2020
430
CƏMİYYƏT
  • A

Qoç - bu gün əlverişli günlərdən sayıla bilməz. Bununla belə, o, əvvəlki günlərdən daha yaxşı keçəcək. İşlə bağlı anlaşılmazlıqlar aydınlaşacaq, sizi maraqlandıran bütün suallara cavab alacaqsınız. Yeni müttəfiqlər axtarmaq olar. Bürcün bəzi nümayəndələri iş yerlərini daha nüfuzlu və yüksək maaşlı işə dəyişəcəklər.

Buğa - Alış-veriş etmək olar. Bundan başqa, hansısa böyük mərasimə hazırlıq üçün çox yaxşı gündür. Siz təşkilati məsələlərin öhdəsindən çox gözəl gələcək, heç bir detalı gözdən yayındırmayacaqsınız.

Əkizlər - əlverişli gündür. Uğur sizin tərəfinizdədir. Əgər təşəbbüs göstərsəniz və çalışqan olsanız, çox şey əldə edə bilərsiniz. Bürcün bəzi nümayəndələri gözlənilməz əngəllərlə qarşılaşsalar da, onları müvəffəqiyyətlə aşacaqlar. Gün sövdələşmələr, yeni müttəfiqlərlə əməkdaşlığa başlamaq üçün münasibdir.

Xərçəng - çox diqqətli olun! Bu çətin və gərgin gün ehtiyatlılıq tələb edir. Xüsusilə, yüksək ictimai və ya karyera pilləsində olan adamlarla ünsiyyətdə ehtiyatlı olmaq lazımdır. Siz səy göstərməli olduğunuz yerlərdə də tez-tez bəxtinizin gətirməsinə bel bağlayırsınız. Maddi itkilər mümkündür.

Şir - işlər vaxtınızı çox alsa da, yaxınlarla ünsiyyətə də vaxtınız qalacaq. Gün başqa şəhərlərdə yaşayan ailə üzvlərinizlə bağlı xoş xəbərlər vəd edir. Planlaşdırılmamış səfərlər mümkündür.

Qız - ulduzların təsiri xarakterini dəyişir, çətin günlərin yerini zövqlü günlər tutacaq. Bu gün bir çox başlanğıclarda, o cümlədən, ən cəsarətli addımlarda bəxtiniz gətirəcək. Bir sıra biznes proseslərini nəzarət altına almaq mümkün olacaq. Günün maddi baxımdan nə qədər əlverişli olması yalnız özünüzdən asılıdır.

Tərəzi - hadisələrin əlverişli inkişafından iş problemlərinin həlli üçün yararlanın. Əgər indi işgüzar aktivlik göstərməsəniz, bədxahlarınız bundan irəliyə çıxmaq üçün istifadə edəcəklər. Rəhbərlik sizi dəstəkləməyə hazırdır: karyera yüksəlişi və maaş artımı ilə bağlı məsələləri müzakirə etmək olar.

Əqrəb - gün ailə üzvləri və yaxın dostlarla ünsiyyət üçün münasibdir. Siz ehtiyac olduğunda hər kəs üçün həm dəstək sözləri, həm də ağıllı məsləhətlər tapacaqsınız. Dəyərli hədiyyələr, iri pul gəlirləri mümkündür.

Oxatan - bu gün çoxlu münaqişələr, mübahisələr gözlənilir. Üstəlik, onları işdə qoymaq mümkün olmayacaq və evdə də hər şey qaydasında deyil. Xoşbəxtlikdən, fikrini xüsusilə vacib saydığınız adam sizin tərəfinizdədir və onun dəstəyinə şübhə etməyə dəyməz.

Oğlaq - yaxınlarınızla mübahisələr mümkündür. Siz fikir ayrılıqlarına tezliklə son qoymaq üçün əlinizdən gələni edəcək və buna nail olacaqsınız. Bundan başqa, nə vaxtsa bilməyərəkdən xətrinə dəydiyiniz adamlarla barışa bilərsiniz.

Dolça -  bu gün əvvəlki iki günlə müqayisədə o qədər də uğurlu deyil. İşgüzar aktivlik azalır, şərait isə təşəbbüskarlıq, eləcə də, inad tələb edir. Yalnız köhnə dostlara və sınanmış müttəfiqlərə bel bağlaya bilərsiniz. Yeni əlaqələr (xüsusilə, işgüzar) böyük ehtiyatlılıq tələb edir.

Balıqlar - o qədər də yaxşı vəziyyət deyil. Görünür, siz səhvə yol vermisiniz və ona görə cavab verməyin vaxtı çatıb. Vəziyyət ümidsiz deyil, amma ondan çıxış yolu tapmaq çox çətindir: hiylə işlətmək və fəndgirlik etmək lazım gələcək. Maliyyə itkiləri mümkündür. Siz tək özünüzün yox, həm də başqalarının pulu ilə sadəlövhlüklə davranırsınız.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu bürc böyük uğur qazana biləcək - yüksək gəlir əldə edəcəklər
2024-ün ən şanslı 3 bürcü açıqlandı
Günün qoroskopu: Mühüm qərarları tələsmədən qəbul edin7 Oktyabr 2023 

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı