Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
27998
az

Qəbul imtahanları onlayn keçirilsin, dərslər avqustun 1-də başlasın” - TƏKLİF

17:5203 Aprel, 2020
590
CƏMİYYƏT
  • A

"Buraxılmış dərslər yay aylarında keçirilə və ya növbəti tədris ili avqustun 1-dən başlaya bilər”


Oxu24.com-a açıqlamasında bu sözləri tədris müəssisələrində dəsrlərin başlanma vaxtının uzadılması və keçirilməyən dəsrlərin hansısa formada kompensasiya edilib-edilməyəcəyilə bağlı yaranan narahatlıqlara aydınlıq gətirərkən təhsil eksperti Kamran Əsədov deyib.


Ekspertin sözlərinə görə, indi keçirilməyən dərslərin kompensasiya edilməsi daha aktualdır: "Martın 3-dən etibarən orta və ali ümumtəhsil müəssisələrində təhsil prosesi dayanıb. Yəni, təhsil prosesi donub. Belə vəziyyətdə keçirilməyən dərslərin kompensasiyası ən aktual məsələdir. Yaranmış vəziyyət xüsusən də ibtidai və IX, XI sinifdə oxuyan şagirdlərə təsir göstərir. Dərs prosesində ibtidai sinif şagirdlərində ilkin vərdiş və bacarıqlar formalaşırdı. Ancaq onların tədris prosesindən bu qədər geri qalmaları müəyyən vərdişləri qavramamalarına gətirib çıxarır. IX, XI sinif şagirdləri isə buxarılış və qəbul imtahanları verməlidirlər. Birdən-birə bu qədər vaxtın dayanması isə onların da müəyyən bilikləri mənimsəməmələrinə gətirib çıxarır. Odur ki, proses kompensasiya edilməlidir”.


Dərslərin kompensasiyası üçün müxtəlif variantların olduğunu deyən K. Əsədovitirilmiş tədris dövrünün yayda, elektron resurslar hesabına keçirilməsini məqsədəuyğun hesab edir: "Kompensasiya üçün bir sıra variantlar var. Aprelin sonuna qədər ölkədə virusa yoluxanların sayında azalma olarsa, yay aylarında dərslər keçirilə bilər. Heç kəs düşünməsin ki, isti yay aylarında birbaşa hamı dərsə gedəcək, yox. Təklif olunur ki, yay aylarında ancaq səhər saatlarında, saat 8.00-dan 10.00-a qədər, hər gün azərbaycan dili, riyaziyyat və xarici dil fənlərinin tədrisi üçün 2 və ya 3 dərs aparılsın. Digər tərəfdən, elektron resurslar hesabına, yəni virtual məktəb yaratmaqla zəruri minimum biliklərin əldə edilməsi istiqamətində iş görülə bilər. Ancaq ən vacib məqam birbaşa sinif otaqlarında dəsrlərin aparılmasıdır. Çünki texniki avadanlıqlar heç də bütün şagirdlər üçün bərabər səviyyədə əlçatan deyil. Ölkəmizdə distant təhsil yoxdur. Olan da onlayn dəsrlərdir”.


Həmsöhbətimiz bu müddətdə şagirdlərin ödənişsiz internetlə təmin olunmasını da vacib saydı: "Ölkəmizdə internetin qiyməti də kifayət qədər yüksək, sürəti isə aşağıdır.Ona görə də ən vacib məqamlardan biri şagirdlərin ödənişsiz internetlə təmin edilməsidir. Bu baş verərsə, teledərslər və digər elektron resurslar hesabına yaranmış boşluğu doldura bilərik. İndilikdə buraxılmış dərslərin kompensasiya edilməsində ən optimal variant məhz elektron resurslardır”.

Digər variant kimi, təhsil eksperti tədrisin avqustun 1-dən başlanmasını təklif edir: "Yəni avqustun 1-dən 15-nə qədər uşaqlar əvvəlki sinifdəki yarımçıq qalmış bilirləri öyrənəcək. Avqustun 15-dən isə öz normal dərslərinə davam edə bilərlər. Təbii ki, bu da IX, XI siniflərə şamil edilmir”.

Kamran müəllim düşünür ki, qəbul imtahanları isə onlayn formada keçirilməlidir: "Qəbul imtahanları bütün hallarda keçiriləcək. Dünyanın ən inkişaf etmiş ölkələrində ali məktəblərə qəbul onlayn formada da baş verir. Azərbaycanda da mövcud vəziyyətdən çıxmaq üçün kənar müdaxiləni neytrallaşdırmaqla onlayn qaydada imtahanı reallaşdıra bilərik. Hazırkı durumda onlayn imtahan yeganə çıxış yoludur”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
Xalq artistinin qızı nişanını qaytarıb

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ