Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
27600
az

Bakıda antisanitar vəziyyətdə fəaliyyət göstərən bazara polis müdaxiləsi - VİDEO - FOTO

18:5429 Mart, 2020
491
CƏMİYYƏT
  • A

Bir neçə gündür Azərbaycanda koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülür. Ölkədə ciddi karantin rejimi elan edilib.

Bu məqsədlə kommunal xidmətlər xüsusi gücləndirilmiş iş rejiminə keçərək Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq dezinfeksiya tədbirləri həyata keçirirlər. 

Virusun yayılma təhlükəsinə qarşı vətəndaşlardan kütləvi yerlərdən uzaq olmaq, zərurət olmadıqca evdən çıxmamaq tövsiyə edilir. Bu tədbirlərə dəstək olaraq bir çox öz müəssisələr, obyektlər fəaliyyətini dayandırıb.

Lakin bu gün də Sabunçuda "Bit bazarı" və ya "Rus bazarı" kimi də adlandırılan köhnə və əsasən işlənmiş əşyaların satıldığı bazar fəaliyyətini davam etdirir.

Oxu24.com musavat.com-a istinadən bildirir ki, hazırda Sabubçu Rayon Polis İdarəsinin əməkdaşları bazara girişi bağlayıb. Lakin səhər saatlarından bazarda olan satıcılar hələ ki xəbərdarlığa məhəl qoymurlar.

Polis əməkdaşları səsgücləndiricilər vasitəsi ilə karantin rejiminin vacib tələbləri ilə bağlı xəbərdarlıq edir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İtaliya Azərbaycana yeni səfir təyin etdi
Qarğıdalı alanda bunlara DİQQƏT EDİN
Ölkə əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkib

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Küçədə qıza hücum edən şəxs kameraya düşdü (18+VİDEO)
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO