Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
27585
az

Umayra Tağıyevadan koronavirusun havaya təsiri ilə bağlı MÜHÜM AÇIQLAMA

16:3029 Mart, 2020
451
CƏMİYYƏT
  • A

kologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva koronavirus pandemiyasının atmosfer havasının keyfiyyətinə təsir məsələsinə münasibət bildirib.

Oxu24.com  xəbər verir ki, U.Tağıyeva bu gün avtomobillərin sayının azalması nəticəsində paytaxtda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə təmizləndiyini deyib.
O qeyd edib ki, belə nəticələr digər ölkələrdə də qeydə alınıb:

“Bu bir daha belə sadə fikri təsdiq edir ki, zərərli tullantıların atmosferə atılmasının azaldılması havanın təmizlənməsi ilə nəticələnir”.

Departament direktoru xatırladıb ki, həmişə atmosferə atılan tullantıların azaldılması ilə bağlı çağırışlar edilib:“İstər nəqliyyatdan və ya sənaye müəssisələrindən atılan tullantı qazları, istərsə də müasir təmizləyici qurğulardan istifadə etməyən ictimai-iaşə obyektləri olsun. Nazirlik bu istiqamətdə fəal təbliğat işləri aparır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “avtomobilsiz bazar günü” devizi altında keçirilən aksiya buna bariz nümunədir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda 105 yoxlama şəhadətnaməsi ləğv edildi
Doktoranturada oxuyanların xarici dillər üzrə imtahanına qeydiyyat elan edildi
Sürücülərin nəzərinə: Bakıda bu yol təmirə bağlanır

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO