Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
27250
az

Penitensiar Xidmətdən Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA

23:1325 Mart, 2020
411
CƏMİYYƏT
  • A

"Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə saxlanılan şəxslərin hüquqları qanunauyğun şəkildə təmin olunur".

 

Bu barədə  Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun saxlanma şəraiti ilə bağlı Unikal.org-un sorğusuna cavab bildirərkən deyib. 


M. Sadıqov qeyd edib ki, istər T. Yaqublunun istərsə də başqa məhkumların hüquqları qanunvericilikdə əks olunmuş qaydalara uyğun olaraq təmin edilir. 


Mətbuat xidmətinin rəhbəri təcridxanalarda ölkədə elan edilmiş karantin rejiminə ciddi riayət olunduğunu da vurğulayıb. Qurum rəsmisi onu da qeyd edib ki, T. Yaqublu bu gün qızı ilə telefon vasitəsi ilə də danışıb: "Həbs yerlərində saxlanılan şəxslərin telefon danışığı və görüş hüququ qanunvericiliklə tənzimlənir. T. Yaqublu məhkum olunduğu gündən indiyədək saxlanma şəraiti ilə bağlı hər hansı bir şikayət etməyib. O, qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından istifadə edir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər hər gün yumurta yeməlidir
İlk görüşdən sonra əlaqəni necə davam etdirmək olar?
Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb