Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2690
az

Nazirlikdən xəbərdarlıq: Bunlardan istifadə etməyin!

12:1308 İyun, 2018
1841
CƏMİYYƏT
  • A
Bu gün bir sıra ölkələr polietilen torbalar və plastik qablardan imtina edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də insanları kağız paketlərdən istifadəyə səsləyir.

Oxu24.com  xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova plastik qablar və polietilen torbaların insan sağlamlığı və ətraf mühitə təsiri ilə bağlı keçirilən tədbirdə deyib:

“Yay fəsli ilə əlaqədar insanlar istirahət mərkəzləri, parklara üz tutur. Təəssüf ki, istirahətdən sonra polietilen torbaları və paketləri təbiətə atırlar”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat şöbəsində ictimaiyyətlə əlaqələr və təbliğat sektorunun müdiri Umayra Tağıyeva da çıxışında bildirib ki, artıq dünyada 40 ölkədə plastik qablardan istifadəyə qadağa qoyulub və ya məhdudlaşdırılıb:

“Müəyyən problemlər dövlət səviyyəsində həllini tapmalıdır. Bu problemin həlli ilk növbədə istehsalın qadağan edilməsindən başlaya bilər. Əhali ilə özü fərd olaraq bu məsələyə necə tövfə verə biləcəyini düşünməliyik. İstehlakçılar mağazada alış-veriş edərkən şüşə və paket qablaşdırmada olan məhsullara önəm verilə bilər. Bu məsələnin cəmiyyət tərəfindən müzakirə mövzusuna çevrilməsini istəyirik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi cəmiyyət üçün açıqdır və bu mövzuda bütün təklifləri qəbul etməyə hazırıq”.

U.Tağıyeva onu da vurğulayıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən plastik qabların yığılması üçün xüsusi konteynerlər sifariş edilib:

“Bakı, Sumqayıt və Gəncə şəhərlərinin icra hakimiyyətlərinə konteynerlərin yerləşdirilməsi üçün yerlərin ayrılması ilə bağlı məktub göndərilib. Əsasən əhalinin sıx toplaşdığı yerlərdə və parklarda quraşdırılması nəzərdə tutulub”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO
ABŞ və NATO hücumda: Krım planı iflasa uğradı
Faşizm üzərində qələbədən 79 il ötür

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO