Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
26318
az

Azərbaycanda yüksək vəzifəli məmur vəfat etdi — FOTO

11:3512 Mart, 2020
467
CƏMİYYƏT
  • A

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə departament rəisi vəfat edib.
Oxu24.com   xəbər verir ki, bu barədə Modern.az-a “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) məlumat veriblər. Bildirilib ki, ASCO-nun Layihələrin idarəedilməsi departamentinin rəisi Kərim Sultanov vəfat edib:

"Kərim Sultanova xas olan məsuliyyət hissi və digər yüksək insani keyfiyyətlər ona hər zaman böyük hörmət qazandırıb. Elə buna görə də Kərim Sultanovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq və daim ehtiramla yad olunacaq".
Qeyd edək ki, Kərim Sultanov 1977-ci il iyulun 29-da Bakıda anadan olub. Azərbaycan Dövlət Dillər Universitetinin Dilşunaslıq/tərcüməçi-referent (ingilis-dili) ixtisasını bitirib. Kərim Sultanov əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Respublikası Dövlət Tibbi Kitabxanasında tərcüməçi kimi başlayıb.

Daha sonralar müxtəlif illərdə Azərbaycan Futbol Assosasiyası, “Aİ crane” LTD, “Xəzərdənizneftqaztikini” tresti, “SOPS” MMC, “Makdermott Kaspian Kontraktors”da çalışıb. 2014-cü ildən ASCO sıralarına qoşulan Kərim Sultanova müxtəlif məsuliyyətli vəzifələr həvalə edilib. Göstərdiyi yüksək peşəkarlıq və işgüzarlığı ilə hər zaman etimadı doğruldub. O, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb.

 

Günün təklif olunan videosu:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanğınla bağlı bu küçə bağlandı - DİQQƏT!
Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi