Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
26281
az

Bakı  aeroportundan  yayılan görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA

23:5111 Mart, 2020
662
CƏMİYYƏT
  • A
Heydər Əliyev Beynəlxalq Hava Limanı sosial şəbəkələrdə yayılmış perronda növbə çəkən təcili tibbi yardım maşınlarının olduğu videogörüntülərə aydınlıq gətirib. Aeroportun mətbuat xidmətindən Oxu.Az-a verilən məlumatına görə, ötən gecə İtaliyadan tranzit gələn 26 nəfər sərnişin “Ukrayna Beynəlxalq Hava Yolları”nın Kiyev-Bakı reysi ilə gətirilib. “Koronovirusun mümkün yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində həmin sərnişinlərin karantina yerləşdirilməsi və həkim nəzarətinə verilməsi qərara alınıb. Videogörüntülərdə yayımlanmış çoxsaylı təcili tibbi yardım maşınları bununla izah olunur”, - deyə məlumatda vurğulanıb. Bakı Aeroportundan bildirilib ki, 26 sərnişindən 24 nəfəri İtaliyada daimi yaşayan və ya təhsil alan Azərbaycan vətəndaşları, iki nəfəri isə əcnəbi vətəndaşlardır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda
“Temperatur iqlim normasından yüksəkdir”
Lənkəranda kollecdə 17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi həbs edildi

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Seçkilərin Monitorinqi Mərkəzinin sədri saxlanıldı