Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2621
az

Ramazan ərəfəsi amnistiya olacaqmı? - Gözlənti

11:4705 İyun, 2018
5789
CƏMİYYƏT
  • A
28 may – Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubleyi ərəfəsində prezident İlham Əliyev in verdiyi əfv fərmanı yüzlərlə ailənin sevincinə səbəb oldu. Əfv fərmanı ümumilikdə 634 nəfərə şamil olundu.

607 şəxs cəzanın çəkilməmiş hissəsindən azad olundu, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər, həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9 nəfər cəzadan azad edildi. Eləcə də islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 11 nəfər isə cəzadan azad olundu.

Əfv fərmanı 15 qadına, 39 nəfər xarici vətəndaşa və vətəndaşlığı olmayan 3 nəfərə də şamil edildi.

Qeyd edək ki, fərman imzalanmazdan əvvəl Respublika Günündə əfv fərmanının veriləcəyi ilə yanaşı amnistiya aktı haqqında qərarın da qəbul ediləcəyi gözlənilirdi. Bu barədə bir sıra açıqlamalar verilmişdi. Lakin əfv fərmanı verilsə də, amnistiya aktı imzalanmadı.

Xatırladaq ki, Konstitutsiya ilə əfv fərmanının verilməsi prezidentin, amnistiya haqqında qərar qəbul edilməsi isə parlamentin səlahiyyətindədir.

Sonuncu amnistiya aktı haqqında qərar 2016-cı ildə verilib. Həmin qərar 10 min məhbusu əhatə edib. Akt mərhələli şəkildə icra olunub.

Bəs, bu il yenidən minlərlə məhbusun sevincinə səbəb ola biləcək belə bir qərar qəbul oluna bilərmi?

Qeyd edək ki, 28 mayda yalnız əfv fərmanının verilməsi amnistiya qərarının veriləcəyi ilə bağlı gözləntilərin bitməsinə səbəb olmayıb. Belə ki, Milli Məclisin yaz sesiyası may ayının sonlarında yekunlaşsa da, iyun ayının 12-də parlamentin növbədənkənar iclasının keçiriləcəyi haqda məlumat verilib. Bu iclasın deputatların xahişi ilə təyin olunduğu qeyd olunub. Həmin tarix isə 15 iyun – Qurtuluş Günü ərəfəsidir. Bu il Ramazan bayramı da 15, 16 iyun tarixlərinə təsadüf edib. Bu baxımdan məhz həmin bayram günləri ərəfəsində parlamentin çağrılmasının amnistiya qərarı ilə bağlı ola biləcəyi ehtimal olunur. Amma hələ ki, deputatlar bu haqda açıqlama vermirlər.

Millət vəkili Fazil Mustafa Cebhe.info-ya açıqlamasında bu haqda məlumatı olmadığını bildirib:

“Doğrudur, ayın 12-nə parlamentin iclası təyin olunub. Amma orada hansı məsələlərin qaldırılacağı ilə bağlı məlumatım yoxdur”.

Digər millət vəkili Fəzail Ağamalı da iyunun 12-də parlamentin gündəliyinə salınacaq məsələlərdən xəbərsiz olduğunu bildirib:

“Hələ ki, gündəlik paylanmayıb. Ona görə də, hansısa məlumat verməyim doğru olmaz”.

Milli Məclisin mətbuat katibi Akif Nəsirov da hələ ki, gündəliyin təsdiqlənmədiyini dedi. Amnistiya aktı ilə bağlı məsələnin gündəliyə salına biləcəyi ilə bağlı sualımızı isə bu cür cavablandırdı:

“Nə amnistiya? Təzəlikcə əfv olmadımı?”

Onu da xatırladaq ki, bir qədər əvvəl millət vəkili Aqil Abbas isə Cebhe.info-ya açıqlamasında iyunun 12-də keçiriləcək iclasda amnistiya qərarının qəbul edilməsi ilə bağlı sualı “ola bilər ki, olsun”- deyə cavablandırmışdı.   Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Namiq İsmayılovun oğlu faciəvi şəkildə öldü
120 yaşa qədər yaşamaq indi də mümkündür
“Sanki mənə evlilik təklif edib,”hə” cavabı alıb…” - FOTOlar

Restoranda başına iş gəldi

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır