Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2512
az

Azərbaycan Ordusu Naxçıvanda hansı əraziləri azad edib? - PEYK GÖRÜNTÜLƏRİ

09:1502 İyun, 2018
3786
CƏMİYYƏT
  • A
 Ordumuzun Naxçıvan istiqamətində irəliləməsi barədə yeni məlumatlar yayılıb.

Ordu.az razm.info istinadən xəbər verir ki, peyk görüntüləri may ayında Naxçıvanın şimal-şərq hissəsində Azərbaycan ordusunun azad etdiyi yeni mövqeləri və əraziləri göstərir.

Sayt təqdim etdiyi araşdırmada, Ermənistan tərəfinin həyata keçirdiyi fəaliyyətlərə toxunmayaraq, rəsmi mənbələrdən heç bir təfərrüatın olmadığını qeyd edib.

Araşdırmada, cari ilin may ayının 2-dən 27-dək olan müddət ərzində xüsusən də peyk şəkillərində görünən dəyişikliklər, qısa müddət ərzində həyata keçirilmiş mühəndis işləri, yeni mövqelərə doğru gedən yeni yolların salınması təqdim edilib.

Araşdırmalara əsasən, Azərbaycan Silahlı Qüvvələri Arpa (Areni) kənd bağları və tərk edilmiş Günnüt kəndi istiqamətində irəliləyərək bir sıra əraziləri azad edib. İrəliləmə əlamətləri 2 may tarixindən etibarən nəzərə çarpsa da, əsas işlərin 17-27 may tarixləri arasında həyata keçirildiyi qeyd olunur.

İrəliləmə istiqamətlərini daha aydın şəkildə göstərmək məqsədilə, mövqelər şərti olaraq A, B və C hissələri kimi təqdim edilib.

A. 2 may-27 may fotolarının müqayisəsi

Günnüt kəndi istiqamətində irəliləməklə Azərbaycan tərəfi yeni azad edilmiş mövqelərə apardığı ehtimal olunan 5 yeni yol çəkib. Əvvəllər bu sahədə mövqelərarası genişlik məsafəsi 4.5-5 km olub. Hazırda isə Ermənistan və Azərbaycan mövqeləri arasındakı uzaqlıq məsafəsi 750-1600 metrədək qısalıb.

Qeyd edək ki, erməni mövqeləri məhz tərk edilmiş Günnüt kəndi ərazisində yerləşir. Bu sahədə mühəndis işlərinin aparılması üzrə əlamətlər 2-17 may tarixlərinə təsaduf etsə də, əsas mühəndis işlərinin 17-27 may tarixlərində həyata keçirildiyi iddia edilir.

B. 17 may-27 may fotolarının müqayisəsi

Erməni tərəfinin iddiasına görə, 17 may tarixindən sonra mühəndis işləri aparılmağa başlayıb. Arpa (Areni) kəndi istiqamətində şərqə doğru yeni yol açaraq, iki erməni mövqeyi arasında olan yüksəklikdə mövqe tuturuq.

C. 17 may-27 may fotolarının müqayisəsi

17 may tarixindən sonra işğalçı ordunun mövqelərinə ən yaxın məsafə 750 metr, Arpa kəndinin meyvə bağlarından isə təqribən 2000 metr məsafədə olmaqla, su anbarının cənub istiqamətində yerləşən ərazilər azad edilərək yeni mövqe qurulub. 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO