Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25077
az

Düşmənin hücumunun qarşısını alan ŞƏHİDİMİZ BUDUR!

12:0424 Fevral, 2020
524
CƏMİYYƏT
  • A

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törədiblər.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, 2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində Etmənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb.

Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda vəzifəli şəxsin oğlu vəfat etdi
Bakıda itkin düşən iki nəfər tapıldı
Naxçıvanda Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı