Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25039
az

Azərbaycanda minlərlə şəxsin sürücülük hüququ ləğv edildi - ŞOK SƏBƏB

12:4423 Fevral, 2020
901
CƏMİYYƏT
  • A

Ötən il ərzində respublika ərazisində 7 mindən çox sürücünün sürücülük hüququ məhdudlaşdırılıb. Qeyd edək ki, bunlar cərimə balı 20-ni keçən və sərxoş halda avtomobil idarə edən sürücülərdir.

Sərxoş vəziyyətdə avtomobili idarə etmə, avtoxuliqanlıq və digər inzibati qayda pozuntularına görə 7 mindən çox vətəndaşın sürücülük hüququ məhdudlaşdırılıb.

Bu barədə məlumatı ''Xəzər Xəbər''ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. O bildirib ki, ötən il ərzində 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlanıb, onların da 64 faizi xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınıb. Qayda pozuntularına görə 7 min 316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb.

Qeyd edək ki, həmin sürücülərin bir qismi, avtomobili sərxoş halda idarə etdiyi, avtoxuliqanlıq və digər qayda pozuntularına yol verdiyi üçün inzibati xətaya görə 20 cərimə balını keçən sürücülərdir. Həmin şəxslər vaxtından əvvəl sürücülük hüquqlarını bərpa edə bilməzlər. Əgər onlar nəqliyyat vasitəsi idarə edərlərsə, yol polisi tərəfindən qanuna uyğun şəkildə cərimə olunacaqlar.

Kamran Əliyev onu da bildirdi ki, ötən il ərzində respublika ərazisində 1870 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 821 nəfər həlak olub, 1702 nəfər xəsarət alıb. Bu da 2018-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 53 fakt, onların nəticəsində həlak olanların sayının 99 nəfər artması, xəsarət alanların sayının isə 9 nəfər azalması deməkdir. Qeydə alınan ümumi hadisələrin 43,6 faizi piyadaların vurulması ilə bağlı olub ki, nəticədə 329 nəfər dünyasını dəyişib, 527 nəfər xəsarət alıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ölkədəki aliment ödəyicilərinin sayı açıqlandı
Allahşükür Paşazadə Xameneyiyə başsağlığı verdi
İmişlidə evdə yanğın oldu

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO