Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24820
az

Xərçəng əleyhinə təsir göstərən tərəvəz - Özü kimi yarpaqları da...

23:3919 Fevral, 2020
499
  • A

Yarpaqları da özü kimi faydalı olan tərəvəzlərdən biri də turpdur.

Medicina.az xəbər verir ki, turp və yarpaqları C vitamini ilə zəngindir. Qocalma ilə mübarizə aparır, immun sistemini möhkəmləndirir, damarların elastikliyini artırır.

Turp piylərin parçalanmasını sürətləndirir. Bu səbəbdən diyetoloqlar bu tərəvəzi arıqlamaq üçün olan pəhrizlərə tez-tez əlavə edirlər. Turp azkalorili tərəvəzdir - 100 qr turpda yalnız 16 kalori var.Turp "fitonsidlər" adlanan xüsusi maddələrlə zəngindir. Bu maddələr "təbii antibiotik"lər kimi tanınır. Fitonsidlər orqanizmdə bakteriya, mikrob, viruslarla mübarizə aparır.

Turpun tərkibində "antosian" adlanan maddə var. Bu maddə orqanizmə xərçəng əleyhinə təsir göstərir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
İtaliya Azərbaycana yeni səfir təyin etdi
Qarğıdalı alanda bunlara DİQQƏT EDİN