Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24685
az

İlkin Həsəni yazdığı statusa görə işdən çıxarılıb? - ATV-dən açıqlama

19:3417 Fevral, 2020
608
CƏMİYYƏT
  • A

Bu gün sosial şəbəkələrdə tanınmış teleaparıcı İlkin Həsəninin ATV-dən çıxarılması haqda məlumat paylaşılıb.
 
Oxu24.com xəbər verir ki, yayılan məlumatda onun sosial şəbəkədə 9 fevral seçkiləri ilə bağlı yazdığı statusa görə telekanal tərəfindən cəzalandırıldığı iddia edilib.
 
Oxu24.com məsələni dəqiqləşdirmək üçün ATV telekanalının icraçı direktoru İsmayıl Həsənov ilə əlaqə saxlayıb.
 
O bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Bunlar tamamilə yalan məlumatdır. İlkin Həsəni öz işindədir. Onun layihə rəhbəri olduğu "Buğlama" şousu da yayımını davam etdirir. Onu da qeyd edim ki, "Buğlama" production layihəsidir".
 
İlkin Həsəni özü də bu məlumatı təkzib edib: "Sosial şəbəkələrdə haqqımda yayılam məlumat həqiqəti əks etdirmir. Əziz jurnalistlər nəzərinizə çatdırım ki, mən 5 ilə yaxındır ki, ATV telekanalının əməkdaşı deyiləm. Öz ərizəmlə rəsmi olaraq işdən ayrılmışam, hal hazırda isə film, serial, reklam istehsal edən şirkət İLK Media-da direktor vəzifəsində çalışıram, müdirim də İlkin Həsənidir, yaxşı insandır, maaşı gecikdirmir". 

Xatırladaq ki, İlkin Həsəni seçkilərdən sonra saxtakarlıq edən şəxslər haqda sosial şəbəkədə sərt fikirlər səsləndirmişdi. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ümummilli lider Heydər Əliyevin doğum günüdür
Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ