Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
23962
az

Ermənilərin qorxduğu 3 azərbaycanlı hərbçi

23:0904 Fevral, 2020
883
CƏMİYYƏT
  • A

Ermənilər sosial şəbəkələrdə Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu barədə geniş müzakirələrə başlayıb.
 
Modern.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində mayor Ramil Səfərov, gizir Elnur Fərzəliyev və gizir Sərxan Məmmədovun məsuliyyətə cəlb olunması, bəzi radikallar tərəfindən isə hətta fiziki zərər yetirilməsinə çağırışlar da yer alıb.
Radikal erməni millətçiləri Ramil Səfərovu 2004-cü ildə Macarıstan paytaxtı Budapeştdə erməni zabiti Qurgen Markaryanı öldürdüyünə görə, "qara siyahı”larına yazıblar.
 
2016-cı ilin aprel döyüşləri zamanı Ermənistanın hücumunun qarşısı alınarkən Seysulan kəndi istiqamətində gizir Elnur Fərzəliyev əsgər Kərəm Sloyanı və gizir Sərxan Məmmədov isə həmən döyüşlər zamanı Talış kəndi istiqamətində mayor Ayk Torosyanı məhv etdikləri üçün ermənilərin ən çox qorxduğu və müzakirə etdiyi şəxslərin siyahısına salınıblar.
Ermənilər Ramil Səfərovun 2011-ci ilin avqusutnda Macarıstan həbsxanasından azad olunaraq Azərbaycana qayıtmasında, aprel döyüşləri zamanı azərbaycanlı hərbçilərin çoxsaylı düşmən hərbçilərini məhv etməsinin əsas baiskarı kimi Robert Koçaryan və Serj Sarkisyan iqtidarını da kəskin pisləyiblər. Onlar Nikol Paşinyan hökumətinin də bu sahədə passiv olmasından, erməni cəmiyyətinin gücsüzlüyündən şikayətləniblər.
 
Görünəni odur ki, adları çəkilən hərbçilər Ermənistanı da, erməniləri də ciddi rahatsız edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
İtaliya Azərbaycana yeni səfir təyin etdi
Qarğıdalı alanda bunlara DİQQƏT EDİN