Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2379
az

XƏBƏRDARLIQ!Heyvanlar arasında xəstəlik yayılıb -

09:2930 May, 2018
1679
CƏMİYYƏT
  • A
 Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq ölkə ərazisində iti yoluxucu xəstəliklərə, o cümlədən qoyun və keçilərin çiçək xəstəliyinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, 2018-ci ilin 4 ayı ərzində çiçək xəstəliyinə qarşı 1230606 baş davarda peyvəndləmə aparılıb. Hal-hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri davam etdirilir. Tədbirin iyunun sonunda yekunlaşması nəzərdə tutulur.

Çiçək iti gedişli virus xəstəliyidir. İntoksikasiya, yüksək hərarət, dəri və selikli qişalarda düyünlü-pustulyozlu suluqlu səpgilərin əmələ gəlməsi ilə xarakterizə olunur.

KLİNİKİ ƏLAMƏTLƏRİ:

Xəstəliyin inkubasiya müddəti 4-12 gün davam edir. Xəstəlik zəiflik, temperaturun 41-42°C-yə yüksəlməsi, selikli qişaların hiperemiyası, burun və gözdən əvvəlcə selikli-irinli axıntı, tezləşmiş nəbz və tənəffüs, iştahanın itməsi ilə başlayır. 1-4 gündən sonra roziolalar, onlardan isə 12-15 mm diametrli papulalar inkişaf edir. Çiçək səpgiləri çox vaxt dodaqda, göz ətrafında, qabaq və arxa ayaqların iç tərəfində, xaya torbasında, həmçinin yelinin dərisində və dişilərin cinsiyyət dodaqlarının selikli qişalarında olur. 5-6 gün sonra toxumalar ölür və qaysaqlanıb düşür. Əgər çiçək prosesi mürəkkəbləşərsə, o zaman tənəffüs yollarının və mədə-bağırsaq sisteminin zədələnməsi ilə müşayiət olunan sekundar infeksiyanın yaranması ön plana keçir.

Qoyunların ümumi vəziyyətinin ağırlaşması, bədən temperaturunun yüksəlməsi ilə davam edir. Xəstəliyin mərhələlərinin ümumi müddəti 3-4 həftə çəkir. Yekun çox vaxt sağalma ilə nəticələnir. Əgər çiçək ana qoyunlarda boğazlıq dövründə baş verərsə, balasalma baş verə bilər. Quzularda xəstəlik daha ağır keçir, mürəkkəbləşmələr-pnevmoniya, qastroenterit, irinli artrit və korluq olur. Xəstəliyin yaxşı proqnozu zamanı ölüm 2-3%, yayılmış və hemoroji çiçək zamanı isə 100 %-dək ola bilər.

PROFİLAKTİKA VƏ MÜBARİZƏ TƏDBİRLƏRİ:

Təsərrüfata yeni gətirilən qoyunlar məcburi surətdə karantində saxlanmalıdır. Əvvəllər çiçəyə görə qeyri-sağlam olmuş təsərrüfatlardan daxil olan heyvanlar vaksinasiya edilməlidir.

Heyvanlar arasında çiçək baş verərsə, təsərrüfata karantin qoyulur. Bütün sürüyə baxış keçirilir. Xəstə və şübhəli heyvanlar təcrid olunur. Klinik sağlam heyvanlar vaksinasiya olunaraq, digər fermaya (otlağa) dəyişdirilir. Binalar dezinfeksiya olunur. Əgər ölüm varsa, cəsədlər (dəri və yun üstündə olmaqla) yandırılır. Yeni heyvanların gətirilməsi və aparılması, texniki işlər (yun qırxımı və s.) karantin götürülənədək dayandırılır.

Karantin axırıncı ölüm və ya sağalma hadisəsindən 20 gün keçəndən sonra götürülür.

Günün təklif olunan videosu:


MÜALİCƏSİ:

Davarlarda çiçək xəstəliyinin müalicə aparılmır, xəstə heyvanlar zərərsizləşdirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən çiçək xəstəliyinə görə epizootik vəziyyət sabitdir.

KLİNİKİ ƏLAMƏTLƏRİ:

Xəstəliyin inkubasiya müddəti 4-12 gün davam edir. Xəstəlik zəiflik, temperaturun 41-42°C-yə yüksəlməsi, selikli qişaların hiperemiyası, burun və gözdən əvvəlcə selikli-irinli axıntı, tezləşmiş nəbz və tənəffüs, iştahanın itməsi ilə başlayır. 1-4 gündən sonra roziolalar, onlardan isə 12-15 mm diametrli papulalar inkişaf edir. Çiçək səpgiləri çox vaxt dodaqda, göz ətrafında, qabaq və arxa ayaqların iç tərəfində, xaya torbasında, həmçinin yelinin dərisində və dişilərin cinsiyyət dodaqlarının selikli qişalarında olur. 5-6 gün sonra toxumalar ölür və qaysaqlanıb düşür. Əgər çiçək prosesi mürəkkəbləşərsə, o zaman tənəffüs yollarının və mədə-bağırsaq sisteminin zədələnməsi ilə müşayiət olunan sekundar infeksiyanın yaranması ön plana keçir.

Qoyunların ümumi vəziyyətinin ağırlaşması, bədən temperaturunun yüksəlməsi ilə davam edir. Xəstəliyin mərhələlərinin ümumi müddəti 3-4 həftə çəkir. Yekun çox vaxt sağalma ilə nəticələnir. Əgər çiçək ana qoyunlarda boğazlıq dövründə baş verərsə, balasalma baş verə bilər. Quzularda xəstəlik daha ağır keçir, mürəkkəbləşmələr-pnevmoniya, qastroenterit, irinli artrit və korluq olur. Xəstəliyin yaxşı proqnozu zamanı ölüm 2-3%, yayılmış və hemoroji çiçək zamanı isə 100 %-dək ola bilər.

PROFİLAKTİKA VƏ MÜBARİZƏ TƏDBİRLƏRİ:

Təsərrüfata yeni gətirilən qoyunlar məcburi surətdə karantində saxlanmalıdır. Əvvəllər çiçəyə görə qeyri-sağlam olmuş təsərrüfatlardan daxil olan heyvanlar vaksinasiya edilməlidir.

Heyvanlar arasında çiçək baş verərsə, təsərrüfata karantin qoyulur. Bütün sürüyə baxış keçirilir. Xəstə və şübhəli heyvanlar təcrid olunur. Klinik sağlam heyvanlar vaksinasiya olunaraq, digər fermaya (otlağa) dəyişdirilir. Binalar dezinfeksiya olunur. Əgər ölüm varsa, cəsədlər (dəri və yun üstündə olmaqla) yandırılır. Yeni heyvanların gətirilməsi və aparılması, texniki işlər (yun qırxımı və s.) karantin götürülənədək dayandırılır.

Karantin axırıncı ölüm və ya sağalma hadisəsindən 20 gün keçəndən sonra götürülür.

MÜALİCƏSİ:

Davarlarda çiçək xəstəliyinin müalicə aparılmır, xəstə heyvanlar zərərsizləşdirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən çiçək xəstəliyinə görə epizootik vəziyyət sabitdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Təcili: Dubay - Moskva reysi ilə uçan təyyarə Bakıya eniş etdi -FOTO
Sağ qalan bələdçidən videolarının mahnı ilə paylaşılmasına etiraz: "Aktrisa deyiləm..."
Ronaldo Yaxın Şərqin ən yaxşı futbolçusu seçildi

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi