Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
23737
az

Bakıda təcili yardım maşınının sürücüsü zibil qutularını eşələyir -VİDEO

20:0331 Yanvar, 2020
592
CƏMİYYƏT
  • A
Bakıda təcili tibbi yardım avtomobilinin sürücüsünün maraqlı görüntüləri yayılıb. Baku TV-yə daxil olan videoda həkimi gözləyərkən sürücünün özünə maraqlı bir məşğuliyyət tapdığı görünür.
Sürücü bütün gigiyenik və sanitar normaları unudaraq, yaxınlıqdakı zibil qutularını eşələyir. O, özünə lazım olan nələrisə zibilin içindən seçib götürür. Sürücü zibillikdən topladığı əşyaları və qidaları təcili tibbi yardım maşınına gətirir.
Beləliklə, xəstələrin daşındığı təcili yardım maşını virus yuvasına çevrilir. Açıq yara ilə və ya immuniteti aşağı olan xəstələrin bu cür antisanitar vəziyyətdə bir məntəqədən xəstəxanaya aparılması çox təhlükəlidir. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
İtaliya Azərbaycana yeni səfir təyin etdi
Qarğıdalı alanda bunlara DİQQƏT EDİN