Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
23396
az

Məşhur azərbaycanlı döyüşçü dünyasını dəyişdi

20:4426 Yanvar, 2020
991
CƏMİYYƏT
  • A

"Azərbaycan bayrağı" ordenli Xocalı döyüşçüsü, əslən Axısqa türkü olan Sərvər Rəcəbov dünyasını dəyişib. 

Bu barədə jurnalist-publisist Nəzirməmməd Zöhrablı məlumat verib.
Sərvər Rəcəbov qaraciyər sirrozundan əziyyət çəkirdi. 
Sərvər Rəcəbov Özbəkistanın Fərqanə vilayətindəki hadisələr zamanı oradan didərgin düşmüş Mesxeti türklərindəndir. Azərbaycana gəldikdən sonra isə o, Xocalıda məskunlaşaraq burada milis (polis) sıralarında xidmət etməyə başlayıb. Xocalıya ermənilərin hücumları başlayan zaman S.Rəcəbov Xocalı özünümüdafiə batalyonunu yaradaraq Xocalı ətrafında postların qurulmasını və şəhərin qorunmasını təşkil edib. 1989-cu ildən 26 fevral 1992-ci ilə - Xocalı soyqırımı gününə qədər. Həmin gün o da ailəsi – anası, qardaşı və cəmisi beş gün əvvəl doğulmuş körpəsini götürüb Xocalı əhalisi ilə birgə böyük məhrumiyyətlərdən keçərək Ağdam ərazisinə gəlib çıxa bilib.
Sərvər ailəsini təhlükəsiz yerə çıxardıqdan sonra yenə Qarabağa – ermənilərlə döyüşə qayıdıb və Xocalı batalyonunu bərpa edib. Sərvər Rəcəbov vətən qarşısında xidmətlərinə görə  "Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
23 yaşlı tələbə vəfat etdi