Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22950
az

Oxu24.com saytının rəhbəri Baş Prokurluğa dəvət edilib

17:3018 Yanvar, 2020
775
CƏMİYYƏT
  • A

Baş Prokurorluqda aparılmış araşdırmalarla “oxu24.com” internet saytında “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulmaqla Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri tərəfindən Tovuz  rayonunun  Dondar  Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı üzrə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri barədə ictimaiyyətə ətraflı məlumatlar verilməsinə, eləcə də sensasiya naminə reallığı əks etdirməyən məlumatların yayılmaması məqsədilə aidiyyəti qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirmələrin aparılması tələb edilməsinə baxmayaraq, ayrı-ayrı vaxtlarda müxtəlif başlıqlı məqalələrdə, qəsdən və qərəzli şəkildə həqiqətə uyğun olmayan, istintaq araşdırmalarının maraqlarına zidd olmaqla cəmiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən yalan məlumatların, həmçinin yayılması qanunla qadağan edilməklə ictimai fikirdə çaşqınlıq yaranmasına səbəb olan informasiyaların məqsədli şəkildə yayılması müəyyən edilmişdir.

Qeyd edilənlərlə əlaqədar saytın təsisçisi və baş direktoru Mircəlal Məcidov Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi diqqətinə çatdırılmaqla, gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko Azərbaycana gəlir
Maşınının nömrəsini dəyişən sürücü həbs edildi
Azərbaycanda nikah yaşı ilə bağlı məsələyə aydınlıq gətirildi - RƏSMİ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Məhbu qaçdı -İnterpol axtarışa verdi +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi