Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21798
az

Əlləri yumağın əhəmiyyətini göstərən təcrübə

22:4531 Dekabr, 2019
654
  • A

Discovery Elementary School proqramının əməkdaşı Carali En Metkalf, əl yumağın əhəmiyyətini göstərmək üçün maraqlı bir təcrübə keçirdi. Bu təcrübədə 5 fərqli çörək hissəsi, fərqli şərtlərdə hazırlandıqdan sonra paketlərin içinə qoyularaq saxlandı. Ortaya çıxan nəticələr isə təəccübləndirir.

2014-cü ildə Kortni Li Simpson, sinifindəki uşaqlara əl yumağın əhəmiyyətini göstərmək üçün çörək parçalarını ehtiva edən açıq təcrübə keçirdi. İndi isə, Discovery Elementary School proqramında vəzifə yerinə yetirən Carali En Metkalf, əlləri dezinfeksiya edən məhlulu və məktəb kompyuterlərini də ehtiva edən çox bənzər bir təcrübəyə imza atdı.

Bu təcrübədə 5 fərqli paketin içərisinə yerləşdirilmiş çörək hisssələri var. Bir-birlərindən fərqli olaraq həm təmiz, həm də çirkli əllərlə toxunulmuş olan bu çörəklər, daha sonrakı müddətdə nələr olacağını görmək üçün bir paketin içinə qoyularaq saxlanır. Aparılan təcrübənin nəticələri isə həqiqətən təəccüb doğurur.

Birinci təcrübədə olduğu kimi ilk paket, təmiz bir çörək parçasını ehtiva edən nümunə idi. İkinci paketdə, çirkli əllərlə uşaqlar tərəfindən toxunulan və çox kiflənən bir çörək parçası var. Üçüncü paket isə sabun və suyla yuyulmuş əllərlə toxunulmuş olan çörək parçasını ehtiva edir. Dördüncü paket, əlləri dezinfeksiya edən məhlul istifadə edənlərin toxunduğu çörəyi, sonuncu paket isə məktəb kompyuterlərinə sürtülən və olduqca çox miqdarda kif ehtiva edən bir çörək parçasını saxlayır.

Fərqli əllərlə toxunulan çörəklər, paketin içərisində bir müddət saxlandı. Bu gözləmə müddətindən sonra əldə edilən nəticələr isə heç yaxşı görünmür. Təcrübəni edən Carali En Metkalf, bundan əlavə, kompyuterlərin normal olaraq dezinfeksiya edildiyini, ancaq təcrübə səbəbiylə o gün təmizlənmədiyini də ifadə edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB
Ət yenə bahalaşacaq? - AÇIQLAMA / VİDEO
Soğanda gizli təhlükə: yeyərkən edilən bu səhv zəhərlənməyə səbəb olur

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı