Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21600
az

Mikrobları öldürən, şəkərdən, xərçəngdən qoruyan, iltihabı sağaldan ədviyyat

18:3227 Dekabr, 2019
466
CƏMİYYƏT
  • A

Əksəriyyət gündəlik olaraq istifadə edilən ədviyyatların faydaları haqda yetərincə məlumatlı deyil. Mətbəxdə, ən çox da un məmulatlarının hazırlanmasında tez-tez istifadə edilən çörəkotu (qara zirə) da bu qəbildəndir. Çörəkotu ən faydalı ədviyyatlardan, təbii dərmanlardan biri sayılır.  

İnterAz-ın e-tibb.az-a istinadən xəbərinə görə, Türkiyədən olan həkim, fizioterapiya uzmanı Ümit Aktaş çörəkotunu təbiətin ən böyük möcüzələrindən biri adlandırıb. Həkim hətta onu “ölümdən başqa hər şeyə çarə” sayır və mətbəxdən əskik etməməyi tövsiyə edib.

Onun sözlərinə görə, çörəkotu mikrobları öldürür, təbii antiseptik dərmandır, tərkibindəki timokinon adlı maddə immun sistemini gücləndirir, bu, xərçənglə mübarizə aparan ən güclü vasitələrdən biridir.

Onun orqanizmdə olan xroniki iltihabı aradan qaldırmaq, arıqlamağa yardım etmək kimi xüsusiyyətləri də var. Çörəkotu xərçəng hüceyrələrinə, şəkərli diabet, insulin rezistentliyinə qarşı qalxan hesab olunur.

Mütəxəssisin sözlərinə görə, çörəkotunu ev şəraitində, həvəngdəstədə döyüb, yağını salatlara və qatığa qatıb yemək lazımdır. Bu, ədviyyatı un məmulatlarının, şirniyyatların üzərinə tökməkdən daha faydalıdır.

Çörəkotu qaraciyər, mədəaltı vəzi, süd vəzi, mədə, bağırsaq və beyin xərçənginin qarşısını almaq üçün ən qiymətli vasitələrdən biri sayılır. Bu xəstəliklərin inkişafını ləngidir. Bununla bağlı bir sıra araşdırmalar var.

Onun tərkibində olan timokinon maddəsinin güclü antioksidant və antixərçəng xüsusiyyətlərinin olduğu, hətta aqressiv inkişaf edən xərçəngin inkişafını ləngitdiyi sübut olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda vulkan püskürdü
Zaqatalada dəhşətli qəza: iki nəfər öldü
Azərbaycanda unun qiyməti yenə ucuzlaşdı – Çörəyin qiyməti dəyişməz qalıb

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər