Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21199
az

Üzdə yaranan sızanaq və səpgilərin müalicəsi

19:0720 Dekabr, 2019
690
CƏMİYYƏT
  • A

Üzdə sızanaq və səpgilər yaranmasının müxtəlif səbəbləri var. Həmin problem əsasən maddələr mübadiləsinin pozulması, metobolizmin zəifləməsi, əsəb və sinir sisteminin narahatlığından qaynaqlansa da, dərinin ifrat yağlılığı da bu sahədə mühüm rol oynayır. Çünki yağ vəzlərinin ən çox toplandığı nahiyələrdən biri də məhz üzdür.

Sızanaq yetkinlik çağı xəstəliyi olaraq qəbul edilsə də, bütün yaş qruplarına da təsir göstərə bilər. İsti yay günlərində tərləmə nəticəsində artan həmin səpgilərdən xanımlar daha çox əziyyət çəkirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, üz dərisində xoşagəlməz görüntü yaradan qırmızı sızanaqlar getdikcə ləkəyə çevrilə bilər. Problemin profilaktikası üçün yaydan payıza keçərkən dermotoloji və kosmetoloji müalicə vacibdir. Mütəxəssislər bu məqsədlə dəri tipinə görə vitaminlərlə zəngin müalicəvi əhəmiyyətli bir sıra prosedurlar məsləhət görürlər. Kosmetoloqlar bununla yanaşı ev şəraitində mümkün vasitələri də məqsədəuyğun hesab edirlər.

Bu barədə Oxu24.com-a məlumat verən Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova deyib: "Ləkələri müalicə etmək üçün proqram hazırlanır, yəni fərdi qaydada hər üzə, hər ləkəyə və onun növünə görə ayrı-ayrı prosedurlar təyin edilir. Həmin prosedurlar pilinq, mezoterapiya, mikromilinqdən ibarətdir. Ev şəraitində xanımlar həmin ləkələrdən azad ola bilərlər. Məsələn, yarım stəkan düyü unu və yarım stəkan süd qarışdırılır, maska şəklində üzə yaxılır və 10 dəqiqə saxlanılır. Prosedurdan sonra maskanın ilıq su ilə yuyulması çox gözəl ağardıcı effekt verir".

Qeyd etmək lazımdır ki, səpgilər təkcə yağlı yox, quru və normal dərilərdə də yarana bilər. Ona görə də nəticənin uğurlu alınması üçün müalicədən əvvəl düzgün müayinə vacibdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?
Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV EDİLDİ

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...