Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Sabirabad rayonunda yeni təyinat olub

Sabirabad rayonunda yeni təyinat olub

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

Kəlbəcərdə avtoqəzada bir nəfər ölüb, dörd nəfər xəsarət alıb - ADLAR

Kəlbəcərdə avtoqəzada bir nəfər ölüb, dörd nəfər xəsarət alıb - ADLAR

XƏBƏR LENTİ

03 May 2024
Rusiya səfiri Almaniya hakimiyyətinin Ukraynaya silah ötürmək qərarını səhv adlandırıb
İsrail HƏMAS-a atəşkəs ultimatumu verib
Ukraynanın hər yerində hava hücumu təhlükəsi siqnalı səsləndi
Finlandiya Rusiya ilə sərhəd yaxınlığında qeyri-qanuni kəşfiyyat məlumatlarının aşkar edildiyini açıqlayıb
ABŞ əsgərləri  Nigerdə ​​rusların yerləşdirilməsinə görə döyüş hazırlığını artırdığını açıqlayıb
Sabirabad rayonunda yeni təyinat olub
MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
Belqorodda İHA hücumu təhlükəsi üçün siren işə salınıb
Rusiyada nadir çiçək tapılıb
Birləşmiş Ştatlar Patriot hava hücumundan müdafiə sistemlərinin Ukraynaya çatdırılma tarixlərini açıqlayıb
Rusiya  daha bir “Abrams” tankını məhv edib
Finlandiyada NATO-nun Rusiyadan qorxmasından danışdılar
Bu yarış selə görə təxirə salındı
BÜTÜN XƏBƏRLƏR
21113
az

Kirpiklərimiz niyə tökülür?

18:3319 Dekabr, 2019
982
CƏMİYYƏT
  • A

Göz qapaqlarının dərisi üzlə oxşar olsa da, daha incədir və tez yaralana bilir. Qapaqlar tez sağalmağa meyillidir. Bu müsbət cəhət onların qoruyucu vəzifəsini artırır. Kirpiklər gözəllik rəmzi olsa da, onların fərqli vəzifələri var. Ana bətnindəki dölün kirpikləri hamiləliyin 22-26 həftəsində əmələ gəlməyə başlayır.

Oxu24.com xəbər verir ki, bu sözləri oftalmoloq Leyla Qəhrəmanova deyib.

Bildirilib ki, mexaniki epilyasiyadan sonra kirpiklərin uzanmasına ayrılan vaxt 7-8 həftədir: "Bəli, iki ay vaxt lazımdır ki, tökülən kirpiklər bərpa olunsun. Saçlarda olduğu kimi, kirpiklərin də uzanması üç fazadan ibarətdir. Bəzi alimlər isə bu uzanmanın daha gec olmasını qeyd edir. Üst göz qapağında 90-150-ə qədər kirpik olur. Alt qapaqda isə bu say 70-80-ə çatır. Kirpiklərin uzunluğu 10 mm qədər çata bilər.
 
Göz qapaqlarında kirpiklərin köklərindən başqa bəzi piy vəziləri də yerləşir. Bu vəzilərin vəzifəsi kirpiklərin kökünü, qapaqların kənarını, həmçinin buynuz qişanın səthində yağlamaq ilə çox mühüm vəzifə daşımaqdadır. Kirpiklər qapaqla birgə bu piy qatını buynuz qişanın səthində tam bərabər yayılmasına kömək edir. Biz yaşa dolduqca kirpiklərimiz tökülərək azalır və onların kökü məhv olur.
 
Piy vəziləri də yaşın təsiri altında dəyişməyə məruz qalır. Siz qocalarımızın dəsmalla gözlərini sildiyini dəfələrlə görmüsünüz. Buna səbəb göz yaşı vəzinin ifraz etdiyi göz yaşının yetməməsi göstərilir. Bunun nəticəsi olaraq, yaş vəzilərin gözü təkbaşına quruluqdan qoruması çətinləşir. Kirpiksiz göz qapaqlarının necə qəribə göründüyünün və qalınlaşmasının yəqin ki, şahidi olmusunuz. Dediklərimizdən belə nəticəyə gəlmək olar ki, kirpiklərimiz və göz qapaqlarımızı qorumaq dişlərin qorunması qədər mühümdür. Kirpiklərimizin tökülməsi çox xəstəliyin işarət də ola bilər. Bu siyahı dəri xəstəliklərindən tutmuş sifilisə qədər uzanır.
 
Kirpiklərdə parazitlər, gənələr belə yaşaya bilir. Qaşınma isə bu xəstəliyin çox vaxt yeganə əlamətidir. Kirpiklərimizin rənginin dəyişməsi, uzanması da yaxşı əlamət deyil. Buna səbəb keyfiyyətsiz kosmetika və ətraf mühit də səbəb ola bilər. Biz dişlərimizi gündə iki dəfə fırçalamalıyıqsa, göz qapaqlarımızın gigiyenasına da bir o qədər fikir verməliyik. Külli miqdarda şampun və dərman vasitələri alıcıların istifadəsinə təqdim edilir. Əslində, göz qapaqlarının və kirpiklərin öz şampunu olmalıdır. Kirpikləri qorumaq vacibdir. Onların tökülməsi, uzanması, rənginin dəyişməsi halları baş verdikdə həkimə müraciət etmək mütləqdir”.
PAYLAŞ

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu yarış selə görə təxirə salındı
Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi