Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20963
az

ANS bərpa olunur? - Mais Məmmədovdan açıqlama

21:2617 Dekabr, 2019
408
CƏMİYYƏT
  • A

Bağlanan ANS televiziyasının bərpa olunacağı haqqında iddialar ortaya atılıb.

Oxu24.com  modern.az-a istinadən xəbər verir ki, ANS ÇM radiosunun tezliyi 102 FM-ə lisenziya verilməsi üçün elan edilmiş müsabiqə başa çatıb. 102 FM-ə görə rəqabət güclü olduğu üçün bu hadisə bir aydır ölkə gündəmini məşğul edib. Belə bir məqamda isə yeni iddialar ortaya atılır. Əksəriyyət düşünür ki, ANS ÇM radiosunun tezliyi keçmiş ANS rəhbərliyinə qaytarılacaq və bununla bərabər ANS telekanalı da bərpa olunacaq.

Bu iddiaların əsaslı olub-olmadığını dəqiqləşdirmək üçün ANS Şirkətlər Qrupu MMC-nin ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədovla əlaqə saxladıq. O, Modern.az-a açıqlamasında iddiaları təkzib etdi:

“Biz hələlik radionun Çingiz Mustafayevin adında saxlanmasına çalışırıq. Milli Televiziya və Radio Şurası bir fəndə əl atıb. Belə ki, qurum elan etdiyi müsabiqədə 102 FM yerinə 102.1 FM-i satmaq qərarına gəlib. Nəyə görə belə ediblər, Allah bilir. Biz istəyirik, 102 FM-i yenidən bərpa edək. Çünki bu yeganə radiodur ki, Milli Qəhrəmanın adını daşıyır. Məgər bizə Milli Qəhrəman lazım deyil? Belə görünür ki, 102 FM heç zaman işləməyəcək.

ANS televiziyasının yenidən fəaliyyətə başlayacağı haqqında iddialar əsassızdır. Hazırda televiziyanın açılmasından söhbət getmir. Televiziyanı elə günə salıblar ki…”.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qərara əsasən, "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımı 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən dayandırılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ümummilli lider Heydər Əliyevin doğum günüdür
Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ