Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20244
az

BDU tələbələrinin toksiki zəhərlənməsi nə deməkdir? – Qızları qəsdən zəhərləyiblər VERSİYASI

14:3605 Dekabr, 2019
1237
CƏMİYYƏT
  • A

Dünən   nəhayət  ki, AQTA sədri Qoşqar Təhməzli BDU –da zəhərlənən tələbə qızların qidadan yox, toksiki səbəbdən zəhərləndiyini və birinin həyatını bu səbəbdən itirdiyini bəyan etdi.


Həftələrdir mətbuatda yazılan müxtəlif qida versiyaları heçə çıxarıldı və səhv hesab edildi. Hər halda müəyyən analizlər və meyitin ekspertizasının nəticələri dövlət rəsmisini belə bir açıqlama verməyə vadar edib.

 

Bəs indi hüquq mühafizə orqanlarının araşdırdığı və üzə çıxarılmalı olduğu toksiki zəhərlənmə nə deməkdir?

 

Medicina.az toksiki zəhərlənmə adı altında hansı maddələrdən və səbəblərdən zəhərlənmə versiyalarını araşdırıb.
Toksiki zəhərlənmə toksiki agentin müxtəlif yollarla orqanizmə düşməsi nəticəsində baş verir.

Bura aiddir:

Dəm qazı zəhərlənməsi
Müxtəlif qazlarla zəhərlənmə
Qidada olan toksiki agent, məsələn meşə göbələyi
Müxtəlif kimyəvi maddələrlə zəhərlənmə
Turşularla zəhərlənmə
Dərmanlarla zəhərlənmə
Mışyakla zəhərlənmə
Alkoqol zəhərlənməsi
Yandırıcı və təmizləmə məhlulları

Orqanizmə düşmə yollarına görə toksiki zəhərlənmənin inhalyasion – yəni tənəffüs yolları ilə, peroral – yəni ağızdan daxil olma, perkutan – dəri vasitəsilə, inyeksion – hər hansı iynə vurulması formaları ayırd edilir.

Toksiki agentin növü və dozasına görə fəsadlar yüngül, orta və ağır zəhərlənmə baş verir.

Baş vermə səbəbləri: təsadüfi – yəni xəstə toksiki agenti qəbul etdiyini bilmir, məişət- istehsalat – iş yerində və ya evdə toksiki maddə ilə təmasda olur, eləcə də qəsd və intihar – kimsə bu maddəni xəstəyə verib və ya xəstə sui qəsd məqsədilə qəbul edib.

Bu halların hamısının məhkəmə tibbi ekspertizası üçün yekun rəy verməyə təsiri var və ciddi araşdırılmalıdır.
Tələbə qızların narkoman, içki aludəçisi olmadıqları barədə ətrafı məlumat verdi, otaqda dəm qazı da olmayıb, çünki yataqxanada digər otaqlarda da tələbələr olub və onlar birinci dəfə təcili yardım çağıranda heç kim dəm qazı faktı aşkarlamayıb.

Ən real versiya qızların dərman, toksiki maddə tərkibli nəsə qəbul etməsidir, bu da real görünmür, çünki 3 qız birdən eyni dərmanı qəbul etməz.

O zaman digər versiya qəsdən zəhərlənmə real görünür: hər 3 qızın qidası, suyu və ya istifadə etdiyi hər hansı bir əşyaya toksiki zəhərli maddə əlavə edilib və yaxud onlar tərkibində zəhərli göbələk olan nəsə yeyib.

Qida agentliyi göbələk adı çəkmədiyi üçün qızların qidası və ya suyuna, çaydana ya ümumi mətbəxdə, ya da otaqda zəhərli maddə və ya dərman əlavə olunması versiyası üzərində dayanırıq. Yenə də son sözü hüquq mühafizə orqanları deyəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər