Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19916
az

Bakıda oğul anasını küçəyə atdı,polis ona sahib çıxdı

11:1516 Noyabr, 2019
1717
CƏMİYYƏT
  • A
 
Ötən axşam Bakıda Yasamal rayonu ərazisində yaşlı qadın oğlu tərəfindən küçəyə atılıb.

 Femida.az-ın əməkdaşı təsadüfən hadisə yerindən keçərkən ətrafdakı insanların yaşlı qadının başına toplaşdığını görüb. Adının Mehdiyeva Sima olduğunu deyən qadın oğlu tərəfindən evdən qovulduğunu bildirib:

“Oğlum mənə bildirdi ki, bu evdə ya sən qalacaqsan, ya mən. Mənə qarşı nalayiq ifadələr işlətdi və dedi ki, ağzımı açsam pis açacam. Özü işləmir, arvadı işə getmişdi. Səhər oyanıb mənə dedi ki, “sən çox zəhləmizi tökəcəksən hələ? Əşyalarını topla, rədd ol bu evdən”. Heç nə götürə bilmədim. İki dənə lazımlı sumka götürüb çıxdım”.

Qadına yardım etmək və evsizlər üçün sığınacaqda gecələməsi üçün dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Qaynar xəttə məlumat verdikdən sonra ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin əməkdaşı Emil Cavadov bildirdi ki, qısa müddətdə məsələ həll olunacaq və qadın heç bir halda küçədə qalmayacaq. Operativ reaksiya nəticəsində Zabratda yerləşən kimsəsizlər üçün sığınacağın rəhbəri Anar İbrahimov əlaqə saxladı və qadını qəbul etməyə hazır olduqlarını bildirdilər.

Daha sonra hadisə yerinə Yasamal rayon 27-ci polis bölməsinin əməkdaşları gəldi. Hadisənin təfərrüatlarını öyrəndikdən sonra dərhal qadına kömək etmək üçün avtomobil çağırıldı. Polis əməkdaşı məlumat verdi ki, qadın bölməyə aparılacaq və ondan ərizə alınacaq. Daha sonra istəyinə uyğun ya evinə, ya da sosial sığınacağa yerləşdiriləcək.

Həmçinin oxu:  Bərdədə nə baş verir? -Sakinlər magistral yolu bağlayıb+VİDEO

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı