Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1983
az

Metro istifadəçilərinə şad xəbər

15:5520 May, 2018
1357
CƏMİYYƏT
  • A
 2017-ci ilin avqust ayından təmirə dayandırılan metronun "Sahil” stansiyasının bu il iyulun 1-də təhvil veriləcəyi bildirilsə də, stansiyanın sərnişinlərin ixtiyarında daha tez olacağı gözlənilir.

Oxu24.com xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.Onun sözlərinə görə, artıq köhnə eskalatorların sökülməsi və yenilərinin quraşdırılması başa çatdırılıb:

"Əvvəlcədən stansiyanın iyulun 1-də açılacağını bildirmişdik. Hələlik dəqiq vaxt bilinməsə də, işlər sürətləndiyindən "Sahil” stansiyasının iyulun 1-də deyil, daha tez açılacağını deyə bilərəm.

Hazırda işlər davam etdirilir. Sökülmüş "LT-3" tipli 3 eskalatorun əvəzinə, Almaniyanın "Thyssen Krupp" şirkətinin istehsalı olan "Viktoriya" tipli 4 yeni avadanlıq quraşdırılıb. Bu stansiyada da dörd eskalatorun quraşdırılmasında əsas məqsəd birçıxışlı və gur sərnişin axını olan stansiyada metro istifadəçilərinin daha operativ və rahat enib-qalxmasını təmin etməkdir.

Quraşdırma işləri iki mərhələdə yerinə yetirilib. Hər mərhələdə iki eskalator quraşdırılıb. Hazırda eskalatorların sazlanıb. İşlər çərçivəsində pillə zolaqları və digər elementlər bərkidilib, müvafiq tələblərə uyğunlaşdırılıb. Bu işlərə paralel olaraq, eskalator üzərində işıqlandırma sistemi qurulub.

N.Paşayev bildirib ki, stansiyada son işlər görülməkdədir:

"Stansiya yolu, yol divarları və orta zalda divarların qranit örtüyünün vurulmasına başa çatmaq üzrədir. Eyni zamanda, platformaaltı sahə tamamilə yenidən qurularaq, müvafiq infrastruktur yenilənib və müasir tələblərə uyğun şərait yaradılıb, havalandırmanın normal təminatı məqsədilə tədbirlər görülüb”.

Qeyd edək ki, "Sahil” stansiyasının sərnişin tutumu qışda pik saatlarda 32 min, yayda isə 25-27 min nəfərdir. Hazırda qatarlar stansiyada dayanmadan hərəkət edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Faşizm üzərində qələbədən 79 il ötür
Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək
Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir - Əli Əsədoov

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR