Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1961
az

Regionların təhsil dərdi: pambıq, yoxsa təhsil?

19:0319 May, 2018
1186
CƏMİYYƏT
  • A
 Son zamanlar ölkədə ən çox diqqət çəkən sahələrdən biri təhsildir. İdarəetmədə son 1 ildə baş verən gözlənilməz dəyişikliklər təhsil işçilərində, valideyn və şagirdlərdə "Görəsən, indi nə olacaq?” sualını yaratdı

Əslində hələ də cavabsız qalan bu sual hər gün təhsillə bağlı yürüdülən fikirlərlə düşüncələri daha da qarışdırır.

Ötənlərdə Milli Məclisin Təhsil Komitəsinin keçmiş sədri, YAP Siyasi Şurasının üzvü Şahlar Əsgərovun çıxışı isə vəziyyəti daha da qəlizləşdirdi. Belə ki, Şahlar Əsgərov Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzini son 25 ildə atılan bütün addımlara baxmayaraq, heç bir inkişafa nail olmamaqda ittiham edib.

Həqiqətən də Dövlət İmtahan Mərkəzinin statistik məlumat bazası nəticələrin ürəkaçan olmadığını göstərir. Xüsusilə, bölgələrimizdə təhsilin çox gerilədiyini müşahidə edirik. Belə ki, Dövlət İmtahan Mərkəzinin statistik məlumat bazasının təhsilin keyfiyyəti üzrə reytinq cədvəlində ən pis göstəriciləri olan rayonların sırasında ölkənin ənənəvi pambıqçılıq rayonları üstünlük təşkil edir.

Məsələylə bağlı banışan iqtisadçı Rövşən Ağayev bildirib ki, bu amili nəzərə alaraq yeni təhsil naziri həmin rayonlarda icra başçılarının təhsil prosesinə müdaxiləsinə imkan verməmək üçün təşəbbüs göstərə, bu rayonlarda təhsil işçilərini pambıq əkməyə, pambıq yığımına cəlb etməyə imkan verməyə bilər.

Şahlar Əsgərov isə daha kəskin mövqe göstərib və ali məktəblərə qəbul imtahanlarının ləğv olunmasının vacibliyini ifadə edib: "Rusiyada ali məktəbə imtahan verən abituriyentlərin 80, Türkiyədə isə 60 faizi insituta daxil olur. Azərbaycanda isə bu rəqəm 16 faizdir. Mən həmişə demişəm, yenə də deyirəm, ali məktəblərə qəbul imtahanları ləğv olunmalıdır. Abituriyentlərin həyatını məhv etmək olmaz. Qoy onlar sərbəst şəkildə universitetə qəbul olunsunlar. Əsas məsələ onların peşəkar mütəxəssis kimi yetişməsidir. Bu səbəbdən diqqəti universitet təhsilinə yönəltmək lazımdır. Ali məktəblər giriş qapılarını açmalı, çıxış qapılarını isə bağlamalıdırlar. Belə olarsa, ölkədə peşəkar və bacarıqlı kadrlar yetişəcək və nəticədə ölkə təhsili inkişaf edəcək”.

Sonda daha aydın müqayisə üçün ötən ilin statistikasını sizə təqdim edirik:

1. 2017-ci ilin yekunlarına əsasən, 74 rayon və şəhər üzrə 11 illik buraxılış imtahanlarının nəticəsinə görə son "15-lik"də Sabirabad, Cəlilabad, Kürdəmir, İmişli, Ağcabədi, Hacıqabul, Salyan, Zərdab və Yevlax rayonlarının adları var. Bu rayonlar üzrə 11 illik təhsil üzrə buraxılış imtahanlarının orta balı 32.5-40 intervalında dəyişir (maksimum 90 bala qarşı). Bu siyahıda Sabirabad ən pis göstərici ilə sonuncu yerdədir.

2. 2017-ci ilin yekunlarına əsasən, 74 rayon və şəhər üzrə 9 illik buraxılış imtahanlarının nəticəsinə görə son "15-lik"də Sabirabad, Cəlilabad, Kürdəmir, Ağcabədi, Hacıqabul, Salyan, Zərdab, Saatlı və Yevlax kimi rayonlar daxildir. Bu rayonlar üzrə 9 illik təhsil üzrə buraxılış imtahanlarının orta balı 59-69 intervalında dəyişir (maksimum 200 bala qarşı). Bu siyahıda Cəlilabad ən pis göstərici ilə sonuncu yerdədir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Əsədov daha iki qərar imzaladı

Əhaliyə xəbərdarlıq: noyabrın 25-i...
Bazar gününün havası açıqlandı

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi