Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19488
az

72% sabun hər dərdə dəvaymış

12:4327 Oktyabr, 2019
707
CƏMİYYƏT
  • A
 Vaxtilə evdar qadınlar üzərinə 72 faiz yazılmış məişət sabunundan yalnız paltar yumaq üçün istifadə etmirdilər. Yaşlı sakinlər indi də onun müxtəlif sahələrdə tətbiq edildiyini yaxşı xatırlayırlar. Ondan həm təbii müalicə vasitəsi kimi də istifadə olunur.

Oxu24.com mütəxəssislərə istinadən bildirir ki, gur, uzun və sıx saçlara sahib olmaq və yaxud da kəpəkdən xilas olmaq üçün məişət sabunundan təsirli vasitə tapmaq qeyri-mümkündür.

Şampundan istifadə ediləndən sonra saç həmin sabunla yuyulur və 1-2 çay qaşığı üzüm sirkəsi qatılmış su ilə yaxalanması yağlı saçı olanlar üçün düşərlidir.

Depilyasiyadan sonra dəridə səpkilərin əmələ gəlməməsi üçün dərhal həmin yerə məişət sabunu sürtülür.

Həftədə iki dəfə məişət sabunla yuyunmaq dərinin cavan qalmasına kömək edir və yuyunandan sonra üzə uşaq kremi çəkilir.

Həmin sabundan hazırlanmış suya kisə batırıb sürtülməsi buxarda yumşalmış bədəndə məsamələrə dolmuş çirki tamamilə təmizləyir.

Soyuqdəymənin ilk əlamətləri hiss edilən kimi azca sabun əridilərək suya qatılır, pambıqdan düzəldilmiş tampona batırılaraq burun dəliklərinə yerləşdirilir. Həmin vasitə ilə həm də göbələk xəstəliklərinin qarşısını tamamilə almaq olur.

Sabuna batırılmış diş fırçası ilə zədələnmiş nahiyə yaxşı təmizlənəndən sonra yod çəkilir.

Diş fırçasının məişət sabunu ilə yuyulması və bir qat sabun üzərində qalmaq şərtilə gecədən səhərədək saxlanılması mikrobları məhv edir.

Şişın yatması, eləcə də göyərmiş yerlərin sağalması üçün həmin nahiyəyə gündə iki dəfə sabundan hazırlanmış məhlul sürtülür.

Yatmazdan əvvəl irinlənmiş nahiyəyə bərabər rəndələnmiş soğan, məişət sabunu və şəkər tozu qarışdırılıb maz şəklinə salınır, sürtülərək bağlanır.

Dabanın çatlamış yerinə 2 litr qaynar suya 1 çay qaşığı soda və 1 xörək qaşığı sürtülmüş məişət sabunu qarışdırılaraq vanna edilir.

Dəri günəş işığının təsiri nəticəsində yananda həmin nahiyəyə məişət sabunu sürtülərək quruyanadək saxlanılması dərinin yandığı nahiyəni bərpa edir və uçuqlamağa imkan vermir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər