Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19388
az

ƏHALİYƏ XƏBƏRDARLIQ! Qasırğa şəraiti müşahidə oluna bilər

15:4524 Oktyabr, 2019
667
  • A
 
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan  verilən məlumata görə, kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn tac kütlə atılması müşahidə olunmayıb. Hesabat dövründə Günəş küləyi parametrlərində ümumən normal külək rejiminə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti 370 km/san-yə qədər azalıb. Geomaqnit sahə, son 24 saat ərzində ümumən sakitdir (Kp=3, 4).

Proqnoz dövründə (24 - 26 oktyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Proqnoz dövründə ilk iki gün (24, 25 oktyabr) tac dəliyindən çıxan yüksək sürətli axınlar effekti səbəbindən Günəş küləyi parametrlərinin zəif güclənəcəyi proqnozlaşdırılır. Sonuncu proqnoz günü isə (26 oktyabr) şəraitin yenidən normal səviyyəyə geri dönəcəyi gözlənilir.

Proqnoz dövründə (24 - 26 oktyabr) geomaqnit sahədə ümumən sakitlik (Kp=3, 4), lakin qısa fasilələrlə CH HSS effektinin təsiri hesabına G1 Minor səviyyəli qasırğa şəraiti (Kp=5) müşahidə oluna bilər. Xatırladaq ki, Azərbaycan 38○24ꞌ və 41○54ꞌ şimal en dairələri arasında yerləşdiyindən qasırğanın mənfi təsirinə demək olar ki, məruz qalmır.

Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk iki gün 30%-dən, son gün isə 15%-dən aşağı qiymətləndirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi