Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19344
az

“İstefa vermək istəyirdim, kollektiv qoymadı” - 92 yaşlı rektor

15:4523 Oktyabr, 2019
1145
CƏMİYYƏT
  • A
 
“Rektor vəzifəsindən istefa verəcəyimi sözlə demişdim, amma ərizə yazmamışdım. Sonra kollektiv mənim getməməyim üçün müraciət etdi. Qərara gəldim ki, rektor kimi fəaliyyətimi davam etdirim”.

Bunu Azvision.az -a açıqlamasında Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının 92 yaşlı rektoru Ömər Eldarov deyib.
Rektor istefa verməməyinin səbəbini yerinə təyin olunacaq şəxslərin Akademiyanı dəyişə biləcəyi ilə əlaqələndirib:

“Mən gedə bilərdim. Lakin buranın yaranışına necə başlamışıqsa, elə də davam etməsini istəyərdim. Sonra gördüm ki, yerimə gələcək insanlar buranı dəyişəcəklər. Ona görə də getməməyi qərara aldım. Yeni rəhbərin gəlib qurduğumuz işi apara bilməməsindən narahat idim. Mənim yerimə göstərilən namizədlərlə danışanda onların məni əvəzləyə biləcək insanlar olmadığını gördüm. Hər şeyi başqa cür edən insanlardır. Bu isə məni qane etmədi. Buna görə də kollektiv mənim qalmağımı istədi”.

Ö.Eldarov öz yerinə prorektorlardan kiminsə təyin olunmasını istədiyini qeyd edib: “Rektorluqdan getməyim barədə ərizə verməmişdən öncə müvafiq instansiyaya müraciət etmişdim. Onlara demişdim ki, yarı gün Akademiyaya, yarı gün elmalatxanaya getmək istəyirəm. Son illərimi yaradıcılığa həsr etməyi düşünürəm. Mənə dedilər ki, gedə bilərsiniz və biz sizin yerinizə cavan, enerjili gənclər təyin edərik. Bununla razılaşmadım. Dedim ki, hazırda Akademiyada mövcud olan rəhbərlikdən seçsinlər və işlərini davam etdirsinlər. Digərləri gəlsə, burada öz ambisiyasını göstərəcək. Bu isə bizə lazım deyil. Kollektiv yekdilliklə, hətta mənim vəzifəmdə olmaq istəyənlər də getməməyim üçün imza topladı və mən də hələlik getmirəm”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİQQƏT! Mayın 16-sı tarixi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
DİQQƏT! DİN vətəndaşlara müraciət edib
Keşlə bazarı  hara köçürüləcək?  - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO