Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19084
az

Mübariz Mənsimov: “Xəzər Lənkəran” qayıtsa...

18:5516 Oktyabr, 2019
713
CƏMİYYƏT
  • A
"İllərdir klubun İdarə Heyətinin üzvüyəm. Sözü keçən tərəfdarlarından biriyəm. Bu sözü deməkdən artıq yorulmuşam - mən heç vaxt "Palmali”dən başqa yerdə rəhbər olmayacam".

Oxu24.com publika.az-a istinadən xəbər verir ki, bu sözləri "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov "Beşiktaş"la bağlılığı haqda sualı cavablandırarkən deyib.

O bildirib ki, İstanbul təmsilçisinin rəhbəri olmaqla bağlı təklif alsa da, bununla razılaşmayıb: "Beşiktaş”ın tərəfdarıyam, İdarə Heyətinin üzvüyəm. Sağ olsunlar, klubun ağsaqqalları gəlib başqanlığı təklif etdilər, qəbul etmədim. Buna sərf edəcək zamanım da yoxdu. Düzü, futbolu sevmirəm. Bir gün "Xəzər Lənkəran” qayıdarsa, yenidən onun başqanı olaram ki, qaldığım yerdən davam edim. Soruşsanız ki, bəs niyə "Beşiktaş”a azarkeşlik edirsən, cavabım sadədir: Rənglərini çox sevirəm. Amma beşiktaşlılar üzülməsinlər, özümü bu işdə görmürəm". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
İtaliya Azərbaycana yeni səfir təyin etdi
Qarğıdalı alanda bunlara DİQQƏT EDİN