Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18855
az

Saçları fenləmək ziyan deyilmiş - ARAŞDIRMA

22:4109 Oktyabr, 2019
724
CƏMİYYƏT
  • A
Çoxumuz elə hesab edirik ki, saçların fenlə qurudulması onlara ciddi ziyan vurur, tökülməsinə səbəb olur.

Oxu24.com medicina.az-a istinadən bildirir ki, bu səbəbdən hətta, əksər mütəxəssislər saçları təbii şəkildə qurutmağı tövsiyə edirlər.

Lakin Britaniya alimi Tim Mur araşdırma zamanı sübut edib ki, əksinə fenlə saçları qurutmaq təbii şəkildə qurutmaqla müqayisədə saçlara daha az ziyan vurur.
Alimin fikrinə görə, düzgün məsafədə və lazım olan hərarətdə saçları fenlə qurutmaq ziyanlı deyil. Suyun təsiri nəticəsində saçlar zəifləyir və bu təsir nə qədər çox olarsa saçlar daha da çox zəifləyəcək. Bu səbəbdən saçların tez bir zamanda quruması çox vacibdir.

Fenlə qurudanda aşağı temperaturdan başlayın və sonra saçlar qurumağa başlayanda temperaturu bir qədər artırın. Feni saçlara çox yaxın məsafədə tutmayın. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc
Azərbaycan və Türkiyə ombudsmanları görüşdülər