Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18696
az

Azərbaycanda halal internet xidməti göstəriləcək – VIDEO

11:5006 Oktyabr, 2019
474
CƏMİYYƏT
  • A
 Azərbaycanda fəaliyyət göstərən internet provayderləri “halal internet” xidməti göstərəcəklər. Bu barədə 1 yavnar 2020-ci il tarixdə qüvvəyə minəcək “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunda öz əksini tapıb.

İnformasiya Komunikasiya Texnologiyaları üzrə ekspert Osman Gündüzün sözlərinə görə, sözügedən qanuna uyğun olaraq “Telekommunikasiya haqqında” qanuna da əlavələr edilib.

Bu əlavəyə görə hər bir provayder abunəçinin istəyi ilə uşağın internetdə zərərli informasiyadan qorunması üçün imkanlar yaratmalıdır.Yəni bütün provayderlər , təmiz, halal internet xidməti üçün hazırlıqlar görməlidir.

Osman Gündüz deyib ki, əgər valideyn halal internet istəyirsə, provayder gələn ildən bu xidməti təqdim etməyə borclu olacaq. Bu məqsədlə provayderlər öz sistemlərində filtrasiya (süzgəc) sistemi qurmalıdırlar. Hazırda isə yalnız ölkənin təhsil sistemində bu tip süzgəc sistemi fəaliyyət göstərir.

Ekspert bildirib ki, əgər sistemin qurulmasını provayderlər özləri həyata keçirirlərsə, bu zaman internetin qiyməti arta bilər. Qanunvericilikdə əksini tapan digər bir məsələ isə yanvarın 1-dən televiziya kanallarında yayımlanan hər bir informasiya məhsulunun yaş kateqoriyalarına görə (6-, 6+ , 12+,16+, 18+ ) işarələnməsi ilə bağlıdır. Eyni zamanda , adıçəkilən qanuna görə, internet media qurumları da informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətnlərini yerləşdirməyə hazır olmalıdırlar.

Mövzu ilə bağlı daha “Xəzər Xəbər”in ətraflı videomaterialını təqdim edirik:








Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
Naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi