Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1857
az

“Ali məktəblərə qəbul planı artırılıb“ - Məleykə Abbaszadə

12:3417 May, 2018
1422
CƏMİYYƏT
  • A
 2018-2019-cu tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə qəbul planı ötən illə müqayisədə təxminən 2303 yer (5,37 %) artıb.
Oxu24.com məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O deyib ki, yeni tədris ili üzrə ali məktəblər üçün 45 159 yer ayrılıb.

M.Abbaszadə bildirib ki, ixtisas qrupları üzrə artım müxtəlifdir. I ixtisas qrupunda plan yerlərinin sayı 4 %, II qrupda 3,5 %, III qrupda 9 %, V qrupda isə 8 % artıb.

Qəbul planında dövlət sifarişli yerlər üzrə plan yerlərinin sayında 1,3 % artım olub. Bu da keçən illə müqayisədə 32 yer artım deməkdir:

"Artmanın olması o demək deyil ki, bütün universitetlərdə plan yerlərinin sayı artıb. Misal olaraq, Azərbaycan Tibb Universitetində plan yerlərinin sayı 26 % azalıb. Müəyyən universitetlərdə yeni ixtisaslar açılaraq plan yerlərinin sayı artıb, müəyyən universitetlərdə isə azalıb".

M.Abbaszadə əlavə edib ki, 2017-2018-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə qəbul planı bu yaxınlarda "Abituriyent 4" jurnalında dərc olunacaq.

DİM Direktorlar Şurasının sədri qeyd edib ki, 2018-2019-cu tədris ili üzrə 9 illik bazadan kolleclərə qəbul planı 5 % (572 yer) azalıb, 11 illik orta təhsil bazadan isə qəbul planı ötən ilə nisbətən 21 % artıb.

M.Abbaszadə deyib ki, 11 illik bazadan kolleclərə qəbul üçün 9 687 plan yeri ayrılıb: "Keçən il isə bu rəqəm 8004 idi. Təxminən 1683 yer artıb". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Əsədov belaruslu həmkarı ilə müzakirələr apardı
Bir zənglə kartdakı yeddi min manatı ƏLƏ KEÇİRDİ
Smartfonlarla bağlı QORXULU AÇIQLAMA:

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı