Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18152
az

Xəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQ GÖNDƏRİLDİ

13:2021 Sentyabr, 2019
1175
CƏMİYYƏT
  • A
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərə sabah günün ikinci yarısına qədər Xəzər dənizi akvatoriyasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq göndərilib”.
O xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yayıb.
Məlumata görə, xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib: “Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, saat 12:00-a olan məlumata görə şimal-qərb küləyi Pirallahı, Sumqayıt, Bakıda 20 m/s, Maştağa, Naftalanda 18 m/s, Bayıl yamacında 19 m/s, Neft Daşlarında 16 m/s-dək güclənib.
Netf Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,3 metrə çatıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək
Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir - Əli Əsədoov
Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR