Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18027
az

Dovşan ətini yemək olarmı?

22:0517 Sentyabr, 2019
673
CƏMİYYƏT
  • A
 Bu məsələdə İslam məzhəblərinin görüşü fərqlidir. Əhli-sünnə məzhəbində dovşan ətini yemək icazəlidir. Bu barədə sünni mənbələrində Peyğəmbərə istinad edilən hədis və davranışlar mövcuddur. Bu hədislərin əksəriyyətində səhabələr Peyğəmbərin dovşan ətini yediyini söyləməsələr də, hər halda onu qadağan etmədiyini də bildirmişlər. Amma şiə məzhəbinə görə, cütdırnaqlı olmayan, yəni tək dırnağı və ya pəncəsi (barmaqları) olan heyvanları yemək haramdır (yalnız at, qatır, ulaq əti məkruhdur). Dovşan da pəncəli heyvan olaraq haram hökmündədir. Şiə mənbələrində ("Vəsailüş-şiə" və s.) dovşan ətinin haram olduğu barədə hədislər mövcuddur. Bəzi şiə hədislərində imamların dovşan ətini məkruh bilmələri, yaxud leş və donuz əti kimi qəti haram bilməmələri barədə hədislər olsa da, tədqiqatçılar bu hədislərin təqiyyə və başqa səbəblər üzündən buyurulduğunu qeyd ediblər. Dovşan ətini haram bilən hədislərin çoxunda onun məsx olunmuş (yəni bir vaxtlar insan olub, sonra Allahın lənəti ilə heyvana dönmüş) canlılardan olduğu vurğulanır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Əsədov belaruslu həmkarı ilə müzakirələr apardı
Bir zənglə kartdakı yeddi min manatı ƏLƏ KEÇİRDİ
Smartfonlarla bağlı QORXULU AÇIQLAMA:

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı