Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17268
az

İşıqforlarla bağlı yeni qaydalar təsdiqləndi

21:2628 Avqust, 2019
991
CƏMİYYƏT
  • A
 Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanuna dəyişiklikləri təsdiq edib.
Həmin dəyişiklik və əlavələri təqdim edirik: - 1-ci maddəyə aşağıdakı məzmunda 2-1-ci bənd əlavə edilsin:
“2-1) yol hərəkətinin təşkilinin texniki vasitələri - yollarda hərəkətin təşkili və tənzimlənməsi, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların təhlükəsizliyinin və fasiləsiz hərəkətinin təmin edilməsi, yolların buraxıcılıq qabiliyyətinin artırılması üçün tətbiq edilən qurğular, avadanlıqlar və təsvirlərdir (svetoforlar, yol nişanları, nişanlama xətləri, qoruyucu sədlər, dirəkciklər və s.);”.
- 9-cu maddənin IX hissəsi aşağıdakı redaksiyada verilsin:
“IX. Avtomobil yollarında svetoforlar, yol nişanları, nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq tətbiq olunur.”.
- 53-cü maddənin X hissəsinin ikinci cümləsində “göy rəngli kvadrat üzərində 1.24 nişanlanma simvolunun ağ boya ilə təsviri vasitəsilə” sözləri “1.24 nişanlanması ilə” sözləri ilə əvəz edilsin.
-  59-cu maddəyə aşağıdakı məzmunda VI-I hissə əlavə edilsin:
“VI-I. Svetoforun qırmızı işıq bölməsinin sağında (üfüqi yerləşdirilmiş svetoforda qırmızı işıq bölməsinin solunda) quraşdırılmış 5.53 nişanı bu yolayrıcında svetoforun siqnalından asılı olmayaraq bu Qanunun 76-cı maddəsinin II hissəsinin tələblərinə və həmin manevrin qaydalarına riayət etməklə sağa dönməyə icazə verildiyini bildirir.”.
- 61-ci maddə üzrə:
VI hissə aşağıdakı redaksiyada verilsin:
“VI. Müvəqqəti yol nişanları texniki göstəricilərinə və quraşdırılma yerinə görə daimi nişanlardan fərqlənməlidir. Müvəqqəti yol nişanlarının istifadə edilməsinə ehtiyac qalmayıbsa, bu nişanlar təcili çıxarılmalıdır.”;
 aşağıdakı məzmunda VI-I hissə əlavə edilsin:
“VI-I. Eyni yol sahəsində quraşdırılmış yol nişanlarının tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlama xətləri istisna olmaqla yol nişanları ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti yol nişanlarının tələbləri ilə daimi yol nişanlarının, nişanlama xətlərinin və digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti yol nişanlarına üstünlük verilməlidir. Müvəqqəti yol nişanları ilə müvəqqəti nişanlanma xətləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir.”.
- 65-ci maddənin III hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“4.1.1-4.1.6 nişanlarının qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir.”.
- 66-cı maddəyə aşağıdakı məzmunda VII hissə əlavə edilsin:
“VII. 5.53 nişanı svetoforla nizamlanan yolayrıcında daimi sağa dönməyə icazə vermək məqsədilə tətbiq olunur.”.
- 69-cu maddə üzrə:
II hissəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Müvəqqəti nişanlama xətləri rənginə görə digər nişanlama xətlərindən fərqlənməlidir.”;
aşağıdakı məzmunda II-I hissə əlavə edilsin:
“II-I. Eyni yol sahəsində tətbiq edilmiş nişanlanma xətlərinin tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlanma xətləri istisna olmaqla nişanlama xətləri ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti nişanlama xətləri ilə digər nişanlama xətlərinin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti nişanlama xətlərinə üstünlük verilməlidir.”;
- III hissənin 1-ci bəndinin “v” yarımbəndində “1.24” rəqəmləri “1.25” rəqəmləri ilə əvəz edilsin;
- V hissədə “1.10 və 1.17” sözləri “1.10, 1.17 və 1.25” sözləri ilə əvəz edilsin;
- VI hissənin 23-cü bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və həmin hissəyə aşağıdakı məzmunda 24-cü və 25-ci bəndlər əlavə edilsin:
“24) 1.24 – “Əlil” tanınma nişanı ilə təchiz edilmiş nəqliyyat vasitələri üçün ayrılmış duracaq yerini göstərir;
25) 1.25 – yolun hərəkət hissələrinin kəsişmə yerini göstərir.”;
- VII hissə üzrə:
1. 5-ci bəndin ikinci cümləsi çıxarılsın;
5-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 6-cı bənd əlavə edilsin:
“6) 1.25 nişanlanması sarı haşiyə daxilində xətlərdən ibarət xanalar şəklində tətbiq olunur və bu Qanunun 75-ci maddəsinin II hissəsində nəzərdə tutulan halda sürücülərə yolayrıcında daxil olmanın qadağan edildiyi hissəni (kəsişmə yerini) göstərir.”.
- 75-ci maddənin II hissəsi aşağıdakı redaksiyada verilsin:
“II. Əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır.”.
- 76-cı maddənin II hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“5.53 nişanı tətbiq edilməklə daimi sağa dönməyə icazə verilmiş yolayrıcında sağa dönən sürücü digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinə, habelə dönməyə başladığı və dönəcəyi yolların hərəkət hissələrini keçməkdə olan və hərəkətinə icazə verilmiş piyadalara yol verməlidir.”.
- 4 saylı Əlavənin “V. Məlumatverici-göstərici nişanlar” qrupuna “5.53 Daimi sağa dönmə” nişanı əlavə edilsin (1 nömrəli əlavə).
- 5 saylı Əlavənin “1. Üfüqi nişanlanma” qrupunun “v) digərləri” hissəsinə “1.25” nişanlanması əlavə edilsin (2 nömrəli əlavə). Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər