Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17082
az

Bakıda şam işığında romantik görüş keçirən ərəb cütlük yanğın törətdi — Yataqları yandı

20:2423 Avqust, 2019
1275
CƏMİYYƏT
  • A
 Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iki vətəndaşının yataqda şam yandırması yanğına səbəb olub.
Bu barədə Demokrat.az-a Nəsimi Rayon Polis İdarəsindən bildirilib.
22-ci Polis bölməsinə daxil olan məlumata əsasən, avqustun 22-nə keçən gecə, saat 02:40-da Rəşid Behbudov küçəsində yerləşən 50 saylı binadakı mənzillərdən birində yanğın baş verib.
Əraziyə yanğınsöndürənlər və hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər. Hadisə nəticəsində ikinəfərlik yataq yanıb, üç nəfər tüstüdən zəhərlənərək Toksikologiya Mərkəzinə yerləşdirilib.
Yanğın söndürülüb, lakin araşdırma zamanı maraqlı detallar ortaya çıxıb.
Məlum olub ki, adıçəkilən mənzil “Fayton” turizm şirkətinin sahibi olan İran vətəndaşı Fərranə Fərhad tərəfindən icarəyə götürülərək BƏƏ-dən gələn turistlər – 1992-ci il təvəllüdlü Məhəmməd Obaid Ələnazi və Nəval Dəqhir Ələnazinin istifadəsinə verilib.
Əylənmək istəyən turistlər Lənkəran rayon sakini, 28 yaşlı A.Q-ni mənzilə dəvət ediblər.
Romantik ab-hava qatmaq fikri hansının ağlına gəldiyi artıq önəmli deyil. Nəticədə gənclər elə yataqdaca şam yandırmaq qərarına gəliblər. Lakin hadisələr heç də plan üzrə getməyib. Şam yatağın yanmasına səbəb olub və alov otağı bürüyüb.
Bir sözlə, ərəblərin bəxti gətirməyib və arzuları ürəklərində qalıb.
Faktla bağlı araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər