Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1692
az

İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə

14:0613 May, 2018
1471
  • A
 Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdirilir.

Oxu24.com-un xəbərinə görə, bu “Təhsil Nazirliyisisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalar”ında öz əksini tapıb.

Qaydalara əsasən, ilk peşə, orta ixtisas və ali təhsil müəssisələrindən, digər dövlət qurumlarının tabeliyindəki və özəl təhsil müəssisələrindən müəllimlərin iş yerinin Təhsil Nazirliyisisteminə daxil olan ümumi təhsil müəssisələrinə dəyişdirilməsi müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə həyata keçirilir.

Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli 67 nömrəli qərarı ilə tənzimlənən həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisədə işləyən gənc mütəxəssislərin qərarda nəzərdə tutulmuş müddət başa çatanadək iş yerinin dəyişdirilməsinə icazə verilmir. Bu şəxslərin əri və ya arvadı hərbçi olduqda, şəhid ailəsinin üzvü olduqda və ya ailə vəziyyəti ilə bağlı problemlər olduğu hallarda məsələyə fərdi qaydada Nazirlik tərəfindən baxılır.

Vakansiyalara yerləşdirilmə zamanı müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə toplanılan bal əsas götürülür. Namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə 2 və ya daha çox sayda iştirak etmişlərsə, üstünlük verdikləri balla müsabiqəyə qatıla bilərlər.

Aşağıda qeyd olunan sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalı ilə hesablanır:

– Əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır.

– İş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 (bir tam yüzdə beş) artım əmsalına vurularaq hesablanır. Qeyd olunan hallardan hər iki şərti ödəyən namizədlərin topladığı bal ən yüksək artım, yəni 1,1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır.

Ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin tədris ili ərzində qarşılıqlı razılıq əsasında dəyişdirilməsi məsələsinə Təhsil Nazirliyi tərəfindən fərdi qaydada baxılır. Bu halda müəllimlərin diaqnostik qiymətləndirilmədə göstərdiyi nəticə, müəssisələrin yerləşdiyi rayon və şəhər, dərs yükünün həcmi və digər amillər nəzərə alınır.

Qeyd edək ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsini proqram təminatı tətbiq olunmaqla 1-15 iyun tarixlərində təşkil ediləcək.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər hər gün yumurta yeməlidir
İlk görüşdən sonra əlaqəni necə davam etdirmək olar?
Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qusar bələdiyyəsinin sədri həbs olundu