Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16631
az

İzmirdən Bakıya uçan təyyarə Gəncədə məcburi eniş etdi

16:2610 Avqust, 2019
469
CƏMİYYƏT
  • A
 "Azərbaycan Hava Yolları" QSC-nin aşağı büdcəli törəməsi "Buta Airways"in sərnişin təyyarəsi J2 9042 nömrəli İzmir-Bakı aviareysini yerinə yetirərkən Gəncə beynəlxalq hava limanında məcburi eniş edib.

Aviaşirkətdən "Qafqazinfo"ya daxil olan məlumata görə, buna səbəb sərnişinlərdən birinin halının pisləşməsi (təzyiqinin qalxması) olub. Buna görə də, hava gəmisinin kapitanı məcburi eniş etməyə qərar verib. Avialayner Bakı vaxtı ilə saat 13:42-də Gəncədə uğurlu eniş edib. Sərnişinə təcili tibbi kömək göstərilib.

 
Göyərtəsində 102 sərnişin olan təyyarənin bu dəqiqələrdə uçuşu davam etdirəcəyi gözlənilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
İtaliya Azərbaycana yeni səfir təyin etdi
Qarğıdalı alanda bunlara DİQQƏT EDİN