Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Murad Muradov xəstəxanada vəfat edib

Murad Muradov xəstəxanada vəfat edib

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı

Rusiyadan dəhşətli xəbər gəldi: Ölənlər var+VİDEO

Rusiyadan dəhşətli xəbər gəldi: Ölənlər var+VİDEO

XƏBƏR LENTİ

10 May 2024
Vəhşi arılar israilli hərbçilərə hücum edib, 10 nəfər yaralanıb
Murad Muradov xəstəxanada vəfat edib
İyulda Ukraynaya yeni qırıcılar veriləcək
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı
Prezident İlham Əliyev Qarabağda: dövlət başçısı Şuşaya qayıdan sakinlərlə görüşdü – CANLI
Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər həvəsləndirilə bilər
Yaponiya Rusiyanın strateji qüvvələrinin daim hazır olması ilə bağlı bəyanatı yüksək qiymətləndirib
ABŞ Aİ-ni F-16-nın Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsini təxirə salmağa məcbur edir
Gürcüstan parlamenti xarici agentlər haqqında qanuna baxılması üçün son tarixi elan edib
Tbilisidə polis Belqorod sakinini saxlayıb
ABŞ-da şirkət Rusiya uranının idxalına qoyulan qadağaya istisna tələb edəcək
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
BÜTÜN XƏBƏRLƏR
16131
az

Antibiotik qəbulu zamanı qidalanma – Hansı qidalar dərmanın təsirini azaldır?

17:3625 İyul, 2019
647
CƏMİYYƏT
  • A
Antibakterial təsirli dərmanlar orqanizmdə bakterial mənşəli infeksiyalar zamanı təyin olunur. Bu dərmanı yalnız həkim təyin etməlidir, özbaşına lazım oldu-olmadı aptekdən antibiotik alıb qəbul etmək olmaz. Çünki antibiotiklərin yan təsirləri  çoxdur. İlk  növbədə antibiotiklər həzm orqanları, bağırsaqlara mənfi təsir edir, qələvi-turşu mühitini orqanizmdə pozur, faydalı bakteriyaları da öldürür: ürəkbulanma, köp, diareya və s başlayır.

Antibiotiklə müalicə zamanı xəstə qidalanmasını dəyişməli, dərmanın təsirini azaldacaq ərzaqlar yeməməli, bağırsaqları qısa müddətdə bərpa edəcək menyu seçməlidir.

Oxu24.com Medicina.az-a istinadla antibiotik qəbul edilən ərəfədə orqanizm üçün gücləndirici qidalanma qaydalarını təqdim edir.

Probiotik və prebiotiklər
 
Bunlar antibakterial terapiya zamanı çox həkimlərin təyin etdiyi vasitələrdir. Probiotik faydalı bağırsaq bakteriyalarıdır. Antibiotiklərdən sonra onları qəbul etdikdə həzm düzəlir, bağırsaq normallaşır, orqanizm tez özünə gəlir. Prebiotik isə bağırsaq mikroflorası üçün faydalı qidadır. Balansı bərpa edir. Prebiotik mənbəyi laktobakteriyalı yoqurtlar, xüsusi səhər yeməkləri, bəzi növ çörəklər, süd məhsulları ola bilir.
 
Düzdür, son elmi tədqiqatlar probiotiklərin faydasını şübhə altına alıb və artıq faydasız hesab edir, amma hələ ki, başqa çıxış yolu yoxdur. Yaxşı olar ki, antibiotik qəbulu bitdikdən sonra kefir, təmiz qatıq və yoqurt qəbulunu artırasız.

Fermentləşdirilmiş tərəvəzlər - şoraba

Onlar da faydalı bakteriyalar mənbəyidir. Duza qoyulmuş kələm, kvas, duzlu xiyar bu siyahıya aiddir. Eləcə də bir çox pendir növləri bu təsiri göstərir.

K vitamini ilə zəngin ərzaqlar

Qanın normal koaqulyasiyasını bərpa edir, faydalı bakteriyalar üçün vacibdir. Kələm, ispanaq, turp, cəfəri, kahı bol yeməlisiz.

Faydalı liflər

Dərman qəbulu zamanı yüksək lifli qidalar azaldılmalıdır, çünki antibiotikin mənimsənilməsini, qana sovrulmasını zəiflədir.  Amma müalicə bitdikdən sonra əksinə artırmalısız. Tərəvəzlər, çərəz, qoz, paxlalılar, banan və s. yeməlisiz.

Antibiotikə zidd qidalar:

Dərmanın effektivliyini azaldır və əks təsirini artırır: portağal, sitrus meyvələri, süd, qreypfrut, alkoqol. İçki qəbulu antibiotiklə müalicə tam bitdikdən 2 gün sonra bərpa edilə bilər.

Eləcə də şirniyyat, şokolad, yağlı ət yeməkləri mikroflorası pozulmuş bağırsaqlara əlavə yük olacaq və köp, ürəkbulanma və diareyanı artıracaq. Ona görə antibiotik bitikdən 1 gün sonra əti bərpa edə bilərsiz. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO