Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16029
az

Bu xanım kimyadan maksimum nəticə göstərən ilk müəllimdir

11:2123 İyul, 2019
554
  • A
 
İyulun 22-də kimya fənni üzrə keçirilən müəllimlərin işə qəbulu imtahanlarında ən yüksək nəticə qeydə alınıb.

Oxu.Az xəbər verir ki, kimya ixtisası üzrə təhsil alan müəllimlərin müsabiqəsində 1991-ci il təvəllüdlü Aidə Sadiqova namizədlər arasında imtahanlardan 60 bal toplayan ilk iştirakçı olub.

İmtahanlara hazırlaşmadığını deyən A.Sadiqova suallarda heç bir çətinlik çəkmədiyini bildirib:

“İmtahanlara çox hazırlaşdığımı deyə bilmərəm. Amma suallar əhatəli idi. İmtahanlarda mənə ailəmin dəstəyi çox kömək oldu. Onların inamı, güvəni mənim üçün əvəzsiz motivasiya idi. İxtisas sualları çox asan idi. Kurikulumda bir qədər çətinlik çəkdim. Maksimum bal topladım. Özüm Suraxanı rayonu Rəsul Ənnağıyev adına 141 nömrəli tam orta məktəbin məzunuyam.

Əgər vakansiya olsaydı, elə öz məzun olduğum məktəbdə müəllim kimi çalışmaq istərdim. Əsas odur ki yaşadığım əraziyə yaxın olan təhsil müəssisələrindən birində vakansiya təklif olunsun”.

Aidə Sadıqova 2009-2013-cü illərdə Bakı Dövlət Universitetində kimya müəllimliyi ixtisası üzrə bakalavr, 2014-2016-cı illərdə isə həmin universitetdə kolloid kimya ixtisası üzrə magistr dərəcəsi alıb.

Xatırladaq ki, iyulun 8-dən etibarən alman dili, tarix, fizika, fransız dili, musiqi, informatika, rus dili, ingilis dili, biologiya, coğrafiya, ibtidai sinif, fiziki tərbiyə, təsviri incəsənət və riyaziyyat üzrə test imtahanları keçirilib.

Növbəti günlərdə Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili, rus dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər imtahanlarda iştirak edəcək. İmtahanlar iyulun 24-dək davam edəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda dostların öldüyü oteldən VİDEO YAYILDI
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
Mütəxəssislər xəbərdarlıq edir: Əl və ayaqların uyuşması şəkər xəstəliyinin əlaməti ola bilər

Üç bürcə XƏBƏRDARLIQ: Mayın ikinci həftəsi sizin üçün çətin olacaq

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ