Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15896
az

Cəlilabadda baş həkim xəstəyə niyə əlillik dərəcəsi vermir?

15:2619 İyul, 2019
1845
CƏMİYYƏT
  • A
 
"Ömürlük əlillik dərəcəsi təyin etmək üçün pul verməliyəm.Həm canım əlimdən gedib də pul verməliyəm.Bunlar anlamır ki, o əlillik dərəcəsi mənə pensiyə alıb  başımı dolandırmaq üçün lazımdır." Bu sözləri Oxu24.com saytına müraciətində Cəlilabad rayon sakini Nuriyev Faba bildirib. Vətəndaş bildirib ki, 2013-cü ildə rayonda avtomobil qəzasına düşüb. Həmin vaxtdan etibarən ayaqlarında ciddi problem yaranıb. Ona Tibbi Sosial Komisiyasının qərarı ilə II qrup əlillik dərəcəsi təyin edilib. Vətəndaş bildirir ki, onun əlillik dərəcəsi daha ağırdır. O,I qrup əlil kimi pensiya almalıdır. Bunun üçünsə ondan pul tələb edildiyi üçün verməyə imkanı çatmadığından dərəcəsini ala bilmir. F. Nuriyev bildirib ki, üzləşdiyi problemlə bağlı dəfələrlə Səhiyyə Nazirliyinə və başqa qurumlara müraciət etsə də, problem həllini tapmayıb. Vətəndaş iddia edir ki, onun əlillik dərəcəsini artırmaq üçün tələb olunan pulu verə bilmədiyi üçün mövcud arayış ona verilmir. 

Vətəndaşın müraciətini olduğu kimi təqdim edirik:

 "Ömürlük əmək fəaliyyətindən məhrum olmuşam , həyat yoldaşımın köməyi olmasa,özümü idarə edə bilmirəm. Mənə baxdığı üçün həyat yoldaşım da əmək fəaliyyəti ilə məşqul ola bilmir Nəticədə övladım ac qalır Bu 9 yaşında əzab çəkən oğlum sabah 18 yaşına catanda gəlib qapımdan aparacaqlar ön xəttə... Biz nə etməliyik Sahil Babayevlə Oqtay Şirəliyev bizim şikayətə baxsın.
6 il əvvər avtomobil qəzası kecirmişəm. Nətiçədə aldığım xəsarətlərdən əmək fəaliyyətimi itirmişəm aylarla xəstəxanalarda müalicə almışam, ancaq nəticəsi olmayıb. Aidiyyəti qurumlara muraciətlərimdən sonra mənə 3-cü qurup əlillik dərəcəsi təyin olunub
2016-cı ildə səhhətimdə ağırlaşma olduğuna görə əlillik dərəcəsi dəyişdirilərək mənə ömürlük 2-ci qurup əlillik dərəcəsi təyin olunub sonradan səhhətimdə ağırlaşma olduğunan 1-ci qurup təyin olunması üçün muraciət etdim ancaq nəticədə 2-ci qurup əlilliyimi ləğv edərək yenidən 3-cü qurup əlillik təyin ediblər, mən bu baylədə Prezidentə və Birinci Vitse-prezidentə muraciət etmişəm bunan qəzəblənən rayon Tibbi Sosiyal Ekspertiza Kamissiyası məni "cəzalandırmaq"ücün mənim əlilliyyimi yerli-dibli ləğv etdi mən dəfələrlə deyirlər, vaxt itirməkdənsə həkimə şirinik ver, məsələ bitsin məndə sakit datanmayıb, davamlı şəkildə Prezidentə və Birinci vitse-Prezidentə məktublar yazmışam:
Nəticədə keçirdiyim qorxu və stresdən sol ayağımın pəncəsi yığıldı,ömürlük iflic oldum. Muraciətimdən sonra polis rəisi məni dəvət edib prablemimlə marağlandı onun müdaxiləsindən sonra mənə 5illik 2-ci qurup əlillik dərəcəsi rüşvətsiz təyin olundu. Ancaq ömurlük ifilic olmuşdum deyə, mənə ikinci yox, birinci qurup ömürlük əlillik dərəcəsi təyin olunmalıydı. Sonra da başladım buna görə muraciət etməyə...
Həkimlər özləri də şifahi şəkildə deyirər ki sənin müalicən yoxdur, ancaq rəy yazmaq lazım olanda tamamilə başqa şeylər yazırlar. Prezidentə Birinci Vitse -prezidentə Nazirlər Kabnetinə etdiyim muraciətlər baxılması üçün Əmək və Əhalin Sosiyal Nazirliyi və Səhiyyə Nazirliyinə göndəlirsədə amma bu günə kimi cavab almamışam TSEK-in da qəbulda olanda mənə deyiblər ki bu qədər şikayət edib vaxt itirməkdənə, get həkimi gör "şirinlik" ver, rəyi düzgün yazsın gətil gəl 1-ci dərəcəli ömürlük əlillik təyin edək Bunlar əlildən də "şirinlik"uman varlıqlardır. Düşünmürlər ki, əlildə şirinlik verməyə pul olsa, uşağının qarnına çörək alar məktəbə göndərər, düşüb TSEK-in, xstəxananın qapısında qarmaz
Mənə intina cavabı şifahi bildirilir rəsmi cavab verilmir ki, həmin rəsmi cavab əsasında məhkəməyə muraciət edim. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı