Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15520
az

Biri əsgər gedəcəkdi, 3-ü də qapıbir qonşusu idi… – Leriki yasa boğan qəza

22:5410 İyul, 2019
1446
CƏMİYYƏT
  • A
 
Ötən gün Masallıda baş verən və 8 nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası uzun müddət yaddaşlardan silinməyəcək.
“Oxu24.com” xəbər verir ki, sözügedən qəza 3 ailənin faciəsi ilə sonlanıb.

Ölənlərdən 3-ü bacı-qardaşdır. Bunlar Qoşmalıan kənd sakinləri Gültac və Aytac Məmmədovalar, qardaşları Elgün Məmmədovdur. Adıçəkilən mərhumlar qəzaya düşən “Mersedes Benz Vito”nu idarə edən Nizami Mustafayevin qapıbir qonşuları olublar.
 Qəza nəticəsində digər vəfat edənlər Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları Rzayev Hikmət Əsgər oğlu, Rzayev Azər Əsgər oğlu isə Xocadoy kənd sakinləri olublar. Əldə edtiyimiz məlumata görə, ata və oğulları yaxın günlərdə kənddə keçiriləcək toy mərasimində iştirak etmək üçün yola çıxmışdılar.

Qəzada yaralanan Tağıyeva Miranə isə Kərvəz kəndindədir. O, qəzadan yaralı qurtulsa da, 3 yaşlı övladı Rufullayev Ayxan Natiq oğlu hadisə yerində keçinib.

Hazırda Bakıda müalicə aldığı deyilən Minarənin qardaşı Tağıyev Əlizahir Atalı oğlu da qəza nəticəsində həlak olub. Kənd sakinləri onu Rəşad adı ilə tanıyıb. Yaxınlarının bildirdiyinə görə, o, yaxın vaxtlarda hərbi xidmətə gedəcəkdi.

“Mersedes Benz Vito”nun sürücüsü Nizami Mustafayevə gəlincə, kənd sakinlərinin verdiyi məlumata görə, o, mehriban biri olub. Uzun müddət idi ki, Bakı-Lerik və əks istiqamətdə sərnişindaşıma ilə məşğul olurmuş. Hazırda həbs edilən 35 yaşlı sürücünün 4 övladı var.


Həmçinin oxu:  Bayram Nurlunun şok videosu yayıldı

Külək avtomobili havaya uçurdu - Video

Qadın bədəninin bir üzvü haqqında ŞOK FAKTLAR: kişi bu şəkildə oraya toxunarsa... Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oynaq ağrıları
İnsanlar və pişiklər arasındakı münasibətin tarixi: 12 min il...
Belçika Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunu alqışladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər