YAP İdarə Heyətinin iclası keçirilib, maliyyə hesabatı təsdiqlənib
12 Mart 2026, 17:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
82
12.03.2026, 14:20
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 34-cü ildönümünü qeyd olunub.
DİN-in Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, martın 12-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və hərbi qulluqçular Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
Daxili Qoşunların Baş İdarəsində təntənəli mərasim keçirilib. Tədbirdə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların, eləcə də bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Əlamətdar gün münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov Daxili Qoşunların tarixinin parlaq hadisələrlə zəngin və Vətənimizin yeni tarixi ilə sıx bağlı olduğunu, xalqa və dövlətə sədaqətlə xidmət edən Qoşunların hərbi qulluqçularının qarşıya qoyulmuş tapşırıqları hər zaman layiqincə yerinə yetirdiklərini, sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrildiyini vurğulayıb.
Nazir dövlət başçısının ali diqqət və qayğısı sayəsində Daxili Qoşunların maddi-texniki, hərbi tədris bazasının və institutunun, kazarma-yaşayış fondunun yaxşılaşdırılması, hərbi hissələrin müasir silah, texnika, xüsusi vasitələrlə təchizatı üçün tədbirlər həyata keçirildiyini bildirib. O, DİN-in Daxili Qoşunlarının ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində göstərdiyi şücaəti, respublikamızın hər yerində, o cümlədən işğaldan azad edilmiş şəhər və rayonlarda hərbi qulluqçuların polis əməkdaşları ilə birlikdə ictimai asayişin, təhlükəsizliyin qorunmasında göstərdiyi xidmətlərini məmnunluqla qeyd edib.
Həmçinin oxuyun
Bildirilib ki, ölkədə ictimai asayişin və hüquq qaydasının qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, cinayətkarlığa qarşı mübarizədə, eləcə də keçirilən mötəbər beynəlxalq tədbirlər zamanı qoşunların şəxsi heyəti üzərinə düşən xidməti vəzifələri layiqincə yerinə yetirib.
Nazir xidmətdə fərqlənən hərbi qulluqçuların peşə bayramı ərəfəsində də dövlət mükafatlarına layiq görülməsinin möhtərəm Prezidentin qoşunların şəxsi heyətinin əməyinə verdiyi ali dəyərin və yüksək etimadının əyani ifadəsi olduğunu diqqətə çatdırıb.
Sonra daxili işlər nazirinin müavini - daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədov və komandanın birinci müavini - Qərargah rəisi general-mayor Tofiq Hüseynov məruzə ilə çıxış ediblər.
Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunun təltif edilməsi barədə daxili işlər nazirinin və nazir müavini - daxili qoşunların komandanının imzaladıqları əmrlər elan olunaraq mükafatlar sahiblərinə təqdim edilib.
17:23 / 12 Mart 2026
13
17:15 / 12 Mart 2026
23
17:06 / 12 Mart 2026
45
17:03 / 12 Mart 2026
36
16:42 / 12 Mart 2026
589
16:35 / 12 Mart 2026
43
16:29 / 12 Mart 2026
125
16:06 / 12 Mart 2026
57
16:02 / 12 Mart 2026
73
15:54 / 12 Mart 2026
332
15:50 / 12 Mart 2026
60
15:45 / 12 Mart 2026
70
15:03 / 12 Mart 2026
1016
15:00 / 12 Mart 2026
79
14:51 / 12 Mart 2026
241
14:42 / 12 Mart 2026
70
14:39 / 12 Mart 2026
71
14:29 / 12 Mart 2026
159
14:18 / 12 Mart 2026
796
14:09 / 12 Mart 2026
342
13:56 / 12 Mart 2026
84
13:53 / 12 Mart 2026
102
13:47 / 12 Mart 2026
3223
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.