Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15354
az

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

13:3707 İyul, 2019
1286
CƏMİYYƏT
  • A
 
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq, mülayim şimal küləyi əsəcək.

Ekologiya və Təbi  sərvətlər Nazirliyinin Milli Hidrometeorologyia Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu  gecə 20-23° isti, gündüz  28-33° isti, Bakıda gecə 21-23° isti, gündüz  30-32°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 60-70 %, gündüz 45-50 %  olacaq.  


Abşeron çimərliklərində gözlənilən  hava şəraitinə gəlincə, sabah mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, iyulun 8-də hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti,  gündüz  20-25°  isti təşkil edəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
İtaliya Azərbaycana yeni səfir təyin etdi
Qarğıdalı alanda bunlara DİQQƏT EDİN