Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15256
az

Hacı Mazanın vəziyyəti ağırlaşdı - Həkimlər onu əməliyyat edə bilmir

17:4604 İyul, 2019
826
CƏMİYYƏT
  • A
 
İyulun 2-də Ələt-Astara yolunda ağır qəzaya düşən Hacı Mazan ləqəbli iş adamı Ramazan Zeynalovun səhhəti ağır olaraq qalır. 
 
AZXEBER.COM Bakupost.az-a istinadən xəbər verir ki, iş adamı təcili əməliyyat olunmalı olsa da, iki gündür, həkimlər onu əməliyyata ala bilmir.
 
Qeyd olunur ki,Hacı Mazanın ağciyərlərinin vəziyyəti ona narkoz verməyə və əməliyyata salmağa imkan vermir. Qəzada onun qabırğalarının sınması isə həkimləri daha çıxılmaz vəziyyətə salıb. 

Hazırda Tibb Universitetinin Tədris-Cərrahiyə Korpusunda reanimasiya şöbəsində saxlanılan R.Zeynalovun ailə üzvləri son çarə kimi xəstəxananı dəyişmək qərarı veriblər. R.Zeynalov xəstəxanadan çıxarılmaq üçün uyğun vəziyyətə hazırlanır və o, yaxın saatlarda Dövlət Təhlükəsizliyi Xidmətinin Hospitalına köçürüləcək. 

Qeyd edək ki, ilkin məlumata görə, Hacı Mazanın qəzada bir çox yeri sınmış, kəllə-beyin travması almışdı. O, qəzadan sonra ilk olaraq Biləsuvar Mərkəzi Xəstəxanasına aparılmış, ilkin müdaxilədən sonra Bakıya göndərilmişdi.

Onu da qeyd edək ki, dünən və srağagün iş adamının əməliyyat olunduğu bildirilirdi. Görünür, bu, doğru informasiya deyilmiş.
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb